Word

Sənədin yadda saxlanılması

Sənədin yadda saxlanılması

Sənədin sonrakı istifadələri üçün onu mütləq yadda saxlamaq lazımdır. Bunun üçün həmin fayla ad verib, onu sərt, yumşaq və ya şəbəkə diskində yadda saxlamaq lazımdır.

Sənədin ilkin yadda saxlanılması zamanı onun adının və saxlanılacağı yerin göstərilməsi vacibdir.

Fayl menyusunu açın. Açılmış menyuda hansı adla yadda saxlamaq "Save As" əmrini seçin. Beləliklə ekranda hansı adla yadda saxlamaq "Save As" dialoq pəncərəsi yaranacaq. Harda yadda saxlamalı "Save in" sahəsində oxu basın və açılmış siyahıdan sərt diski seçin.

Açılmış qovluq siyahısında lazımi qovluğun adında mausun sol düyməsini 2 dəfə basın.

Faylın adı "File Name" sahəsində verilənləri qeyd edin və faylın adını daxil edin.

Faylın yadda saxlanılması prosesini tamamlamaq üçün Yadda saxlamaq "Save" düyməsini basın.