Word

Sənədlərin çapı

Sənədlərin çapı

 

Sənədi çap etmək üçün ən sadə yol Standart "Standard" alətlər lövhəsində olan Çap "Print"düyməsini basmaqdır. Bu zaman sənədin bütün səhifələri əvvəlcədən qəbul edilmiş parametrlər əsasında çap edilir. Sənədi həmçinin Sənədə çapdan əvvəl baxış "Print Preview" rejimində Çap "Print" düyməsini basmaqla çap etmək olar.

Sənədin çap edilməsi üsullarından biri də Fayl "File" menyusunda olan Çap "Print" əmridir. Ad "Name" sahəsində printerin adı göstərilir. Əgər siz yalnız ekranda görünən, cari səhifəni çap etmək istəyirsinizsə Səhifələr "Page Range" bölməsində cari səhifə "Current Page" variantını qeyd edin. Nəticədə yalnız ekranda olan cari səhif çap edidləcək.

Əgər siz konkret səhifələri çap etmək istəyirsinizsə Səhifələr "Page Range" bölməsində Səhifələr "Pages" variantını qeyd edin və nömrələr arası vergül olmaq şərtilə lazımi nömrələri və ya nömrələr diapazonunu daxil edin. Məsələn 3,6,8. Nəticədə 3,6 və 8-ci səhifələr çap ediləcək.

Sənədin bir neçə surətinin çap edilməsi üçün Surətlərin sayı "Number of copies" sahəsində surətlərin sayını qeyd edin. Məsələn 2 daxil edin. Surətə görə nizamlama "Collate" sahəsindən qeydi götürün. Bu əməliyyat əvvəlcə 1-ci səhifədən 2 ədəd sonra 2-ci səhifədən 2 ədəd və s. bu ardıcıllıqla surətləri çap etməyə imkan verir.

Əgər 1 səhifə üzərində 1 neçə səhifəni çap etmək lazımdırsa, Çap "Print" dialoq pəncərəsində Miqyas "Zoom" bölməsində bir vərəqdə səhifələrin sayı sahəsində "Pages per sheet" açılmış siyahıdan lazımi variantı seçin. Məsələn, əgər siz 2 səhifəni 1 vərəqdə çap etmə istəyirsinizsə 2 qiymətini seçin. OK düyməsini basın. Beləliklə də 1 səhifə üzərində 2 səhifəlik mətn çap ediləcək.