Word

Simvolların yerləşdirilməsi

Simvolların yerləşdirilməsi

  

Tez-tez siz sənədi yaradarkən, klaviatura üzərində olmayan simvollardan istifadə etmək məcburiyyətində qalırınız. Klaviatura üzərində olmayan simvolların sənədə yerləşdirilməsi üçün kursoru lazımi yerdə yerləşdirin. İndi isə Yerləşdirmək "Insert" menyusunda Simvol "Symbol" əmrini seçin. Beləliklə ekranda Simvol "Symbol" dialoq pəncərəsi yarandı. İndi isə Şrift "Font" sahəsində müvafiq şrifti seçin (Windings - i seç). Diqqət edin, yeni şriftin yaranması zamanı müvafiq olaraq Simvolların siyahısı da dəyişir. Simvollardan hər hansı birini qeyd edin, məsələn telefonu ( və Yerləşdirmək "Insert" düyməsini basın. Dialoq pəncərəsini Bağlamaq "Close" düyməsinin köməyilə bağlayın. Beləliklə, qeyd edilmiş simvol mətndə yarandı.