Word

Şriftin və şriftin ölçüsünün dəyişdirilməsi

Şriftin və şriftin ölçüsünün dəyişdirilməsi

 

Şriftin və eləcədə şriftin ölçüsünün dəyişdirilməsi üçün mausla redaktə ediləcək fraqmenti qeyd edin.

Formatlaşdırma alətlər lövhəsində "Formatting" mövcud şriftlərin siyahısını açmaq üçün Şrift "Font" sahəsində oxu basın. Şrift siyahısını gözdən keçirin və hər hansı birini seçin. Gördüyünüz kimi nəticədə mətnə yeni şrift tətbiq edildi.

İndi isə Formatlaşdırma "Formatting" alətlər lövhəsində Şriftin ölçüsü "Font size" sahəsində oxu basın, sonra siyahıdan 18-i seçin. Beləliklə, qeyd edilmiş fraqmentin ölçüsü 18-ə bərabər olacaq. Qeyd edilmiş fraqmentdən kənarda mausun düyməsini basaraq qeyd etməni ləğv edin.

Şriftin rənginin dəyişdirilməsi üçün redaktə ediləcək fraqmenti qeyd edin və Formatlaşdırma alətlər lövhəsində "Formatting" Şriftin rəngi "Font Color" sahəsində düyməni basın. Açılmış siyahıdan mausla göy rəngi qeyd edin.

Qeyd edilmiş fraqmentdən kənarda istənilən yerdə mausun düyməsini basaraq qeyd etməni ləğv edin OK-i basın. Beləliklə, gördüyünüz kimi, qeyd edilmiş fraqmentin rəngi dəyişdi.