Haqqımızda

Gün-gündən inkişaf edən bu dövrdə, doğma dilimizdə İnformatika Texnologiyalarına aid dərsliklərə tələbatın çox olmasını nəzərə alaraq, bir qrup azərbaycanlı gəncin dəstəyi ilə bu layihəni hazırlayıb sizlərə təqdim etdik. Layihəmiz artıq 17 ildir ki fəaliyyət göstərir.

Bu layihənin köməkliyi ilə siz ehtiyacınız olan dərsliklərdən faydalana, suallarınız olduqda isə Sual-Cavab bölməsi vasitəsilə suallarınızı peşəkarlarımıza ünvanlandıra bilərsiniz.

Həmçinin, əgər sizin burada yazılanlara əlavəniz varsa, o zaman bizim komandamıza qoşularaq, dərsliklər hazırlayıb, saytın ziyarətçilərinə İnformatika Texnologiyaları sahəsində biliklərini artırmaqda öz köməkliyinizi göstərə bilərsiniz.

Məqsədimiz
Azərbaycanda İnformasiya Texnologiyaları sahəsində ilk addımlarını atmaq istəyənlərə köməklik etmək, yeni texnologiyalar haqqında tədris materiallarını doğma dilimizdə istifadəçilərə təqdim etmək və bu sahədə bilikləri olanları bir yerə toplayıb, güclü bir İT tədris mərkəzi yaratmaqdır.

Siyasətimiz
Saytda olan məlumatların (Dərsliklər, referatlar və s) Azərbaycan dilində olması, Azərbaycanda İnformasiya Texnologiyalarına marağı artırmaq, gəncləri və bu sahəyə marağı olanları məlumatlandırmaqdır.