Onlayn Dərsliklər

Biliklərinizi artırmaq üçün texniki sahədə 50-dən çox dərsliklər.

  • PHP

    PHP

    PHP (ing. PHP: Hypertext Preprocessor) dinamik veb səhifələr yaratmaq üçün nəzərdə tutulmuş bir skriptləşdirmə dilidir.PHP Əsasən veb həllərin yaradılmasında istifadə edilən populyar server proqramlaşdırma dilidir. Məsələn, formadakı məlumatları qəbul edərək emal edən skript yaratmaq, saytda axtarış sistemi reallaşdırmaq və ya qeydiyyat sistemi yaratmaq mümkündür. 1994-cü ildə Rasmus Lerdorf CGI alətlərini yazmağa başladı və daha sonra 1995-ci ildə onları mükəmməlləşdirərək PHP dilini ortaya çıxartdı. Əksər hallarda PHP, Linux əməliyyat sistemi, MySQL məlumatlar bazası və Apache veb serveri qısa olaraq LAMP kimi (Linux, Apache, MySQL, PHP) yazılır.

    Addımlar: 7
  • PHP

    PHP

    Başlıca olaraq php tətbiq sahəsi serverdə işləyən skriptlərin yazılması hesab edilir; beləliklə, bu üsulla php digər CGI proqramlarının yerinə yetirdiyi istənilən işi həyata keçirə bilər, məsələn verilənlərin formalarını emal etmək, dinamik səhifələr yaratmaq və ya cookies göndərmək və qəbul etmək. Lakin php həm də başqa çoxlu məsələləri həll edə bilər.

    Addımlar: 11
  • PHP

    PHP

    PHP dili 1995-ci ildə yaradılmışdır. İlk əvvəllər onun adı Personal Home Page sözlərinin baş hərflərinin birləşməsindən əmələ gəlmişdir. Daha sonralar daha ciddi ad fikirləşmək məqsədi ilə Hypertext Preprocessor adı verildi. Lakin HPP bir o qədər yaxşı səslənmədiyindən PHP adı qaldı. 2004-cü ildən PHP obyekt yönümlü dil kimi istifadə olundu. Məhz bu ildə Zend şirkəti PHP üçün yeni obyekt modeli tətbiq etməyə başladı. PHP5 versiyasında artıq obyektlər üzvləri(metodlar, xassələr) private, protected, public, static, final kimi ola bilər, interfeyslərdən istifadə oluna bilər.

    Addımlar: 8
  • Şəkillərin ölçüyə salınması

    Şəkillərin ölçüyə salınması

    Bildiyimiz kimi php dilinin dəyərli xassələrindən biri də şəkillərin üzərində işləyə bilməsidir. Bu xassələrdən biri də şəkillərin istənilən ölçüyə salınmasıdır

    Addımlar: 2
  • PHP Classlar

    PHP Classlar

    PHP artıq bütün php proqramistlərdən xahiş edir ki,yeni yaranan class-lardan istifadə edilsin. Çünki Class sürətli bir php funksiyasıdır.

    Addımlar: 2
  • MS-DOS

    MS-DOS

    MS-DOS (Microsoft Disk Operating System — Microsoftdan disklər üçün yaradılmış bir əməliyyat sistemi). MS_DOS DOS ailəsinə aid olan ən məşhur əməliyyat sistemidir, əvvəllər İBM PC kompyuterlərində istifadə edilirdi. Zamanla dəyişdirilərək Windows 9x və Windows NT-yə uyğunlaşdırılır.

    Addımlar: 6
  • Outlook Express

    Outlook Express

    Microsoft Outlook Express - elektron poçt vasitəsi ilə məktub almaq və məktub göndərmək üçün istifadə edilən proqramdır.Microsoft Outlook pullu proqram təminatının bir qədər sadələşdirilmiş,pulsuz variantıdır. Windows XP əməliyyat sisteminin tərkibində quraşdırılmış olurdu.Windows Vista əməliyyat sistemində isə daha interaktiv olan Windows Live ilə əvəz olunmuşdur. Outlook Express proqramı poçt ilə işləyən bir çox güclü proqramların malik olduqları imkanlara malikdir.

    Addımlar: 21
  • Linux

    Linux

    Linux Unix bənzəri bir əməliyyat sistemidir. GNU GPL lisenziyası ilə əməliyyat sistemi pulsuz paylanıla, dəyişdirilə və istifadə oluna bilər. Linux sözünü ilk dəfə 5 oktyabr 1991-də internetdə yayıımladığı bir mesajda Linus Torvalds tərəfindən işlədilib. Linux Unix bənzəri bir əməliyyat sistemi olmasına baxmayaraq Unix ilə heç bir ortaq kodu yoxdur. Yəni, Linux sıfırdan yaradılıb.

    Addımlar: 19
  • Word

    Word

    Microsoft word -2000 hər şeydən əvvəl məktubların, daxili sənədləşmənin və hesabatların yaradılması üçün istifadə edilən mətn proqramıdır. Proqramın geniş imkanları avtomatik generasiya olunan sənədlərin, həmçinin broşura və kitabların yaradılmasına imkan verir.

    Addımlar: 40
  • Linux

    Linux

    Linux Unix bənzəri bir əməliyyat sistemidir. GNU GPL lisenziyası ilə əməliyyat sistemi pulsuz paylanıla, dəyişdirilə və istifadə oluna bilər. Linux sözünü ilk dəfə 5 oktyabr 1991-də internetdə yayıımladığı bir mesajda Linus Torvalds tərəfindən işlədilib[1]. Linux Unix bənzəri bir əməliyyat sistemi olmasına baxmayaraq Unix ilə heç bir ortaq kodu yoxdur. Yəni, Linux sıfırdan yaradılıb.

    Addımlar: 39