Onlayn Dərsliklər

Biliklərinizi artırmaq üçün texniki sahədə 50-dən çox dərsliklər.

  • Mozilla Firefox

    Mozilla Firefox

    Mozilla Firefox — populyar, ödənişsiz və açıq-qaynaqlı İnternet brauzeri (veb səyyahı), əməliyyat sistemi ilə əla uyuşaraq, əvvəlki brauzerlərin favoritlər bölməsindəki informasiya bazasını idxal etmək kimi vacib funksiyalara sahibdir. Pop-up reklamların qarşısını alır və yuksək səviyyədə brauzerin təhlukəsizliyi imkanlarını təklif edir.

    Addımlar: 9
  • Windows XP Professional əməliyyat sisteminin bərpası

    Windows XP Professional əməliyyat sisteminin bərpası

    Windows XP Microsoft-un fərdi kompüterlər, noutbuklar üçün nəzərdə tutulmuş 32-bit və 64 bitlik əməliyyat sistemləri ailəsindəndir. Windows müasir kompüterlərin istifadəsində yeni imkanlar açan bir sistem olub, proqramın yerinə yetirilməsi üçün rahat şərait yaradır. XP adı "eXPerience" sözündən götürülmüşdür, mənası "təcrübəli", "məlumatlı" deməkdir. Windows XP Windows 2000 və Windows ME əməliyyat sistemlərinin varisi və Microsoft-un Windows NT əsasında qurulmuş ilk istehlakçı yönümlü əməliyat sistemidir.

    Addımlar: 6
  • Norton Ghost vasitəsilə sistemin və proqramların bərpası

    Norton Ghost vasitəsilə sistemin və proqramların bərpası

    Ghost proqramı disk və ya disk bölməsinin təsvirini yaratmaq və tətbiq etmək üçün istifadə olunur. Təsvir ("image") hər hansı bir diskin tərkibini, daxilindəki adi və gizli faylları və yüklənmə sektoru, habelə bir sıra digər adi nüsxələnmə ilə mümkün olmayan obyektlərin sıxılmış və ya adi nüsxəsidir. Diskin təsvirini bərpa etdikdə, kompüterin vəziyyəti diskin təsvirinin yaradılması tarixindəki vəziyyətə qayıdır.

    Addımlar: 4
  • Kompüterdən səmərəli istifadə və profilaktikası

    Kompüterdən səmərəli istifadə və profilaktikası

    Kompüterlərin profilaktikasına və kompüter gigiyenasının standart qaydalarına əməl olunmadıqda, WINDOWS mühitində qeyri effektiv şəkildə işlədikdə, faylarla qeyri düzgün əməliyyat apardıqda və habelə müdafiə zəif təşkil olunduqda aşağıdakı simptomlar müşahidə olunur:

    Addımlar: 29