Onlayn Dərsliklər

Biliklərinizi artırmaq üçün texniki sahədə 50-dən çox dərsliklər.

  • GNU/LINUX sisteminin installyasiyası

    GNU/LINUX sisteminin installyasiyası

    Linus Torvalds öz əməliyyat sistemində GNU yaradıcısı olan Riçard Stallmanın da əməyinin keçdiyini söyləyir. Ona görə ki, Linux-un yaradılmasında GNU layihəsi tərəfindən yazılan proqramcıqlar istifadə edilmişdi. Linux ictimaiyyətə açıqdır və istəyən hər kəs onu bir şərtlə işlədə bilər, o şərt, əlavə olunan bütün inkişafın gizli, ya da müəllif hüquqlu olmaması və mütləq sürətdə sərbəstliklə bölüşülməsidir.

    Addımlar: 1
  • Unix

    Unix

    Unix 1969-cu ildə Ken Tompson və Denis Ritçi tərəfindən Bell laboratoriyalarında yazılmış, eyni vaxtda bir çox istifadəçi ilə eyni zamanda müxtəlif əməliyyatları yerinə yetirən bir əməliyyat sistemidir. Denis Ritçnin təklifi ilə yeni ƏS UNICS (UNIplexed Information and Computing System) adlandırılmış, sonralar UNIX adına qısaldılmışdı.

    Addımlar: 6
  • C Proqramlaşdırma Dili

    C Proqramlaşdırma Dili

    Bu mətndə C dilində proqram tərtibindən bəhs olunur. Mətndən tələbələr, məktəblilər, informatika fənnini tədris edən müəllimlər, sistem inzibatçıları və ümumilikdə, C (si) proqramlaşdırma dilini öyrənmək istəyən kər kəs istifadə edə bilər.

    Addımlar: 12
  • Assembler x86 Linux (64 bit)

    Assembler x86 Linux (64 bit)

    Prosessoru (CPU) kompüterin "ürəyi" və "beyni" hesab edə bilərik. Kompüterin yaddaşından və giriş/çıxış portlarından məlumatın oxunması, məlumatlar üzərində müxtəlif hesab, müqayisə, sürüşmə, məntiq və s. əməliyyatların aparılması, emal olunmuş məlumatların təkrar yaddaşa (portlara) yazılması, hər cür kəsilmələrin qəbul olunması və cavab verilməsi, habelə, fiziki yaddaşın müxtəlif məlumat və instruksiya sahələrinə edilən müraciətlərə nəzarətin təmin olunması və s. işlər məhz CPU tərəfindən həyata keçirilir.

    Addımlar: 12
  • C++

    C++

    C sintatksisinə tam uyğunluq göstərir. Eyni zamanda obyekt orientasiyalıdır və uzun illər bu sahədə üstünlük verilən dillərdən biri olmuşdur. Demək olar ki bütün platformlarda kompilyatorları mövcuddur. C kimi sürətli olduğu üçün real zamanlı proqramlaşdırma, oyun proqramlaşdırması v.s. də bu dilə üstünlük verilir.

    Addımlar: 14