Onlayn Dərsliklər

Biliklərinizi artırmaq üçün texniki sahədə 50-dən çox dərsliklər.

  • İnternet Dərsliyi

    İnternet Dərsliyi

    TPC/IP protokolu istifadə edərək müxtəlif qurğuları birləşdirən qarşılıqlı bağlanmış komputer şəbəkələrinin qlobal sistemidir. Başqa sözlə internet şəbəkələrin şəbəkəsidir. Bu qlobal şəbəkəyə bir bir ilə optik, elektron, wifi və s vasitə ilə qlobal və ya lokal şəkildə bir birinə bağlanmış şəxsi, biznes, hökumət, təhsil və s şəbəkələr daxildir. İnternetin əsası 1960-cu ildə ABŞ Müdafiə Nazirliyi tərəfindən işlənmiş ARPAnet layihəsi çərçivəsində qurulmuş və on minlərlə dünya proqramçılarının kollektiv şüuru ilə getdikcə inkişaf etdirilmiş və mükəmməlləşdirilmişdir.

    Addımlar: 15
  • Mozilla Firefox

    Mozilla Firefox

    Mozilla Firefox — populyar, ödənişsiz və açıq-qaynaqlı İnternet brauzeri (veb səyyahı), əməliyyat sistemi ilə əla uyuşaraq, əvvəlki brauzerlərin favoritlər bölməsindəki informasiya bazasını idxal etmək kimi vacib funksiyalara sahibdir. Pop-up reklamların qarşısını alır və yuksək səviyyədə brauzerin təhlukəsizliyi imkanlarını təklif edir.

    Addımlar: 9
  • CSS

    CSS

    Stilin kaskad cədvəlləri, CSS (ing. Cascading Style Sheets) — sənədin xarici görünüşünün, işarələmə dilinin istifadəsi ilə yazılmış, formal təsvir dili. Adətən HTML və XHTML işarələmə dillərində yazılmış veb-səhifələrin təsviri və tərtibatı üçün istifadə edilir, lakin istənilən digər XML sənədlərə, məsələn, SVG və ya XUL-a da tətbiq edilə bilər.

    Addımlar: 17
  • Qısa Düymələr

    Qısa Düymələr

    Bu dərsdə Windowsda istifadə olunan qısa düymələr haqqındadır.

    Addımlar: 8
  • PowerPoint

    PowerPoint

    Microsoft PowerPoint təqdimat yaratmaq üçün istifadə olunan Microsoft Office proqramıdır, Microsoft Windows və Mac OS əməliyyat sistemlərində istifadə olunur.

    Addımlar: 19
  • Windows XP Professional əməliyyat sisteminin bərpası

    Windows XP Professional əməliyyat sisteminin bərpası

    Windows XP Microsoft-un fərdi kompüterlər, noutbuklar üçün nəzərdə tutulmuş 32-bit və 64 bitlik əməliyyat sistemləri ailəsindəndir. Windows müasir kompüterlərin istifadəsində yeni imkanlar açan bir sistem olub, proqramın yerinə yetirilməsi üçün rahat şərait yaradır. XP adı "eXPerience" sözündən götürülmüşdür, mənası "təcrübəli", "məlumatlı" deməkdir. Windows XP Windows 2000 və Windows ME əməliyyat sistemlərinin varisi və Microsoft-un Windows NT əsasında qurulmuş ilk istehlakçı yönümlü əməliyat sistemidir.

    Addımlar: 6