3DS Max proqramına ilk addım
Bu dərsdə sizə 3DS Max menyuları və düymələri haqda qısa şəkildə danışacağam. Məqsədim sadəcə 3DS Max proqramına yeni başlayanlara ilkin məlumat verməkdir. Bildiyiniz kimi, 3DS Max dünya üzrə ən çox istifadəçisi olan grafik, modelləmə və animasiya proqramıdır. 3DS Max proqramına bənzər Maya, Softimage, Cinema 4D, Lightwave proqramlarını göstərmək olar. Bunları bir-birindən fərqləndirən cəhətləri isə, irəli səviyyəli grafiker olduqda biləcəksiniz. Yəni hərəsinin özünə görə müəyyən asanlıq və çətinlikləri mövcuddur. Proqram quruculuğu bir-birindən fərqlənsələr də, hamısı bir məqsəd daşıyırlar: "Xəyallarımızı 3D dünyasında canlandırmaq". Artıq dərsə keçə bilərik:
Aşağıda 3DS Max proqramının ön görünüş səhifəsini görürsünüz. Nömrələrin nə olduğunu aşağıda başa salmışam. Dərsdə düymələri adları ilə yazmışam. Düymələrin adlarını üzərlərində kursoru 1 saniyə saxlayaraq görə bilərsiniz. Mən dərsi 3DS Max 7.0 ilə hazırlamışam, lakin görünüş və başa saldıqlarım bütün versiyalarda mövcuddur.
1) Undo (Geri al) - Bu düymə etdiyiniz əməliyyatları geri almaq üçündür. Maxsimum 500 dəfə geri alına bilər. Ancaq proqramı ilk yüklədiyinizdə Customize - Preferences parametrlərindən "Levels" dəyərini dəyişdirərək 500 etməlisiniz. Standart olaraq 20-dir.
Redo (İrəli al) - Redo isə Undo-nun əksini edir. Xətaları etdiyiniz dəyişikliyi geri ala biləcəyiniz kimi, bunu "İrəli al" düyməsi ilə bərpa edə bilərsiniz.
2) Link mode (Bağlama modu) - Hər hansı 2 obyekti bir-birinə bağlamaq üçündür. Məsələn, 2 qolu gövdəyə bağlaya bilərik. Və ya hərəkət edən avtomobilə kameranı bağlaya bilərsiniz. Bu zaman maşının getdiyi yöndə kamera da gedəcək. Bağlamaq üçün 2 obyektdən birinin üzərində "Link mode" seçdikdən sonra, sıxıb saxlayaraq digərinin üzərində buraxın.
Unlink - Bu isə bağlanmış obyektləri ayırmaq üçündür. Yəni Link Mode-nin etdiyi əməliyyatın əksi.
Bind to sapce warp - Bu isə bəzi uyğun obyektləri bağlamaq üçündür. Tutalım ki, 04 nömrədəki menyudan bir dairə və bir Bomb yerləşdirdiniz səhnəyə. Bomb obyektini "Space warp" ilə dairəyə bağladıqda dairəni bomb partladacaqdır. Bombanın parametrlərini dəyişdirməyiniz şərtilə.
3) Move, Rotate və Scale (Seçim düymələri) - Move hər hansı obyektin yerini dəyişdirmək, onu hərəkət etdirmək üçündür, Rotate seçilmiş obyekti istənilən 3D oxu üzrə fırlatmaq, Scale isə böyüldüb-kiçilməsini təmin edir.
4) Obyekt və səhnədə yerləşdirilən modellərin baş əməliyyatlar menyusudur. Bu panel sizin ən çox istifadə etdiyiniz panel hesab edilə bilər. Səhnəyə yerləşdirdiyiniz hər hansı obyektin parametləri, səhnəyə obyekt yerləşdirmək, hərəkətləndirmə işləri və s. kimi əməliyyatlar bu hissədən həyata keçirilir.
5) Bu bölmədə isə siz hazır obyektlərdən istifadə edə bilərsiniz. Hazır model dedikdə, Box, Cilindir, Tube və s. kimilərini nəzərdə tuturam. Modelləməyə başlamaq üçün bu obyektlərdən istifadə etmək sizə vaxt qazandıracaqdır.
6) Altıncı bölməyə "3D Max Alətlər paneli" də demək olar. Ancaq alətlərin əsas vəzifələri ekran baxışı üçündür. Əsasən hərəkətləndirmə işlərində bir çox işinizi görəcək bu paneldən yaxınlaşdırmaq, animasiya zamanı, baxış növləri və s. kimi işləri görmək mümkündür.
7) Düymələr sizə tanış olar. Bildiyimiz play, stop düymələridir. Animasiyaya baxış üçün istifadə edilir.
8) Bu düymələr isə animasiya üçün açar yerləşdirmə, avto açar kimi işləri yerinə yetirir.
9) Bu isə 8 düyməsini sıxdıqdan sonra animasiya yaratmaq üçün vaxt çubuğudur. Animasiyanı bu düymənin köməkliyi ilə həyata keçirəcəksiniz.
3D Max-da hər hansı yaradılmış obyektin parametrlərini burdan görə bilərsiniz. Panelin üst hissəsindəki "Modify list"-dən də seçilmiş obyektə "modify" daxil etmək üçündür. "Modify" dedikdə, yəni həmin obyektdə dəyişiklik etmək üçün bir effekt nəzərdə saxlamaq olar. Saytdakı digər 3D Max dərslərinin əksər hissəsində modify daxil et sözlərindən istifadə edilib. Listin yanındakı kiçik düyməciyi basaraq, listi görə bilərsiniz.
Dərsdə 3DS Max pəncərələri ilə qısa tanış olduğunuzu hesab edirəm. Daha ətraflı, digər dərslərdən istifadə edə bilərsiniz.