Biped-in normal yeriməsi
1. Səhnəyə bir Biped yerləşdirin (əvvəlki dərslərdəki kimi), Biped seçili halda Motion , ardından da Footstep Mode
daxil edin. Yenii bir menyunun açıldığını görəcəksiniz. Oradan
Create Multiple FotSteps daxil edin.
2. Yuxarıda gördüyünüz pəncərə açılacaq. Hələlik bu dərsdə çox menyu qurtdalamayaq, sadəcə yuxarıdakı kimi mavi rəngdə olan yerə (Number Of Footsteps) 10 daxil edirik. 10 Biped-in atdığı addımın sayıdır. Ardından Creat Keys düyməsini aktiv edərək bu düyməni sıxın, Max addım sayına bağlı olaraq Biped hərəkətlərini hesablayacaq. Bu şəkildə biped yeridikdə bədən və digər bütün organlarının hərəkətlənmələrini də özü həyata keçirəcəkdir. Buna uyğun olaraq animasiya vaxtı və açarlarını da yerləşdirəcəkdir.
3. Hesablama nəticələndikdən sonra Play düyməsini sıxaraq biped-in yeriyişini görə bilərsiniz.