Menu

Daxil olun Qeydiyyat

3D Max

Noise ilə kiçik təpələr

Noise ilə kiçik təpələr



1. Max-ı resetləyin və ya yenidən başladaraq yuxarıdakı ölçülərdə bir Plane çəkin.



2. Modify List yazan açılır menyudan Noise-ni Plane-ə daxil edin. List açdıqdan sonra baş hərfi (N) sıxaraq tezliklə tapa bilərsiniz .



3. Noise parametrləri yuxarıdakı kimi olmalıdır.



4. Təkrar olaraq, əvvəlki kimi Modify List-dən MeshSmooth modify-sini daxil edin. MeshSmooth parametrlərini yuxarıdakı kimi daxil edin. Ümumiyyətlə onu deyim ki, MeshSmooth çox istifadə olunan bir plugin-dir. Modelə yumşaqlığı təmin edir. Misal üçün, insan əli modelləyərkən və ya maşın modelləyərkən mütləq istifadə olunmalıdır.



5. Bir az effekt və rənglənmə əməliyyatının sonunda yuxarıdakı kimi bir görünüş əldə edə bilərsiniz. Günəş işığını omni ilə yarada bilərsiniz və ya arxa tərəfə hazır günəş şəkli yerləşdirərək, yuxarıdakı səhnəni yarada bilərsiniz. 
 


Bizi dəstəkləyənlər