Menu

Daxil olun Qeydiyyat

Adobe Photoshop

Edit (Редактирование)

Edit (Редактирование)



Undo (Отменить) əmri axırıncı yerinə yetirilmiş əməliyyatın ləğv edilməsində əvəzsizdir. Digər proqramlardan fərqli olaraq, Photoshop-da ləğv etmənin yalnız bir səviyyəsi var.
Cut (Вырезать) əmri təsvirdə seçilmiş fraqmenti kəsib onu buferə yerləşdirir. Dəyişmə buferi bir çox proqramlarda müvəqqəti fayl kimi istifadə olunur. Kəsilmiş təsvir adətən Paste (Вставить) əmri vasitəsilə yeni yerə və ya sənədə yerləşdirilir.
Copy (Скопировать) əmri seçilmiş fraqmentin surətini çıxarır və onu buferə yerləşdirir. Cut əmrindən fərqli olaraq, Copy əmri fraqmentin yalnız surətini çıxarır, onu yox etmir.
Copy Merge (Скопировать совмешенные данные) əmri bütün görünən qatlardan seçilmiş fraqmentin surətini çıxarır və onu buferdə yerləşdirir. Lakin fraqmentin yeni qata və ya sənədə yerləşdirilməsi zamanı surəti çıxarılmış qatlar bir qatda birləşdirilir.
Paste (Вставить) - əmri dəyişmə buferinin içindəkiləri həmin təsvirin başqa yerinə və ya başqa təsvirdə yeni qata yerləşdirir.
Paste Info (Специальная вставка) əmri buferin içindəkiləri aktiv seçimin tərkibində yerləşdirir, sonra Photoshop seçimi yerləşdiriləcək məzmun üçün maska qatı kimi formalaşdırır. Bununla yanaşı, siz yerləşdiriləcək təsvirin seçimi - aktiv bölgəsindən ayrıca iki qatın birləşdirilməsindən əvvəl yerləşdirməyi və ya redaktə etməyi seçə bilərsiniz.
Clear (Очистить) əmri seçilmiş fraqmenti təmizləyir. Backspace və ya Delete düyməsinin istifadəsi eyni effekti verəcəkdir. Fon istisna olmaqla istənilən qatda seçilmiş bölgəni təmizləyərkən həmin bölgə əsas rənglə doldurulacaq. Fon qatında bölgə fonun öz rəngi ilə doldurulacaq.
Fill (Выполнить заливку) əmri seçilmiş və ya rənglə fərqləndirilmiş qatı nümunə, yaxud şəkillə doldurulmasında istifadə olunur. Fill əmri bəzən dəyişikliklər edildikdən sonra təsvirin seçilmiş bölgənin yenidən bərpa edilməsində istifadə edilir. Ən çox konkret rənglə seçmənin cəld doldurulmasında istifadə olunur.
Stroke (Выполнить обводку) əmri seçilmiş bölgənin və ya qatın ətrafında müəyyən en və əsas rəngin çərçivəsini yaradır. Seçilmiş bölgəyə tətbiq zamanı çərçivə yaranır. Mətnə tətbiq zamanı kontur yaranır.
Free Transform (Свободное трансформирование) bu əmr seçim və ya qatın idarə olunmasında istifadə olunur. Free Transform-u seçərkən aktiv seçim və ya qatın ətrafında markerlər olan çərçivə ekrana çıxacaq. Bu markerlərin köməyilə təsviri ölçüləşdirmək, fırlamaq, güzgülü əksini vermək, təhrif etmək və rəngləmək olar. Bütün bu əmrlər Transform-un alt menyusu vasitəsilə də əldə olunandır.
Transform (Трансформирование) əmri özündə aktiv seçim və ya qatı idarə edən müxtəlif əmrləri birləşdirir.
Define Patten (Определить образец) - bu əmr sonradan Fill (Выполнить заливку) əmri üçün istifadə oluna bilən nümunələr yaradır. Photoshop-u yükləyərkən bir neçə nümunə sizin kompüterə yükləyəcək.
Take Snapshop (Сделать снимок) - əmri aktiv qatın surətini çıxarır və onu sonrakı istifadə üçün ayrıca fayla yerləşdirir.
Take Merged Snapshot (Сделать совмещенный снимак) bu əmr bütün görünən qatların surətini çıxarır və onu sonrakı istifadə üçün ayrıca fayla yerləşdirir.
Purge (Удалить из памяти (RAM)) Purge əmri yox etmənin 5 əmrini birləşdirən alt menyunu ekrana gətirir:
Undo (Отмена), Clipboard (Буфер обмена), Pattern (Образец), Histories (Протокол) və All (Все). Bu əmrlərin istifadə etdiyi resurs aparan rəqəmli təsvirlərin saxlanılması faylların işi kompüterin işini ləngidə bilər. Purge əmri artıq sizə lazım olmayan müvəqqəti faylları yox etməklə yaddaşı boşaltmağa imkan verir.


Bizi dəstəkləyənlər