Menu

Daxil olun Qeydiyyat

Adobe Photoshop

Faylı yaddaşa daxil etmək üçün aşağıdakılara əməl edin

Faylı yaddaşa daxil etmək üçün aşağıdakılara əməl edin

1. Menyu sətrindən File-Save as (Файл-Сохранить как) seçin.



2. Diskdəki qovluqlarda hərəkət etməklə, faylın saxlanacağı kataloqu göstərin. Böyük əsas pəncərədən və Papka sahəsindəki siyahıdan istifadə edin.
3. Fayl üçün ad fikirləşin və onu File Name (Имя файла) sahəsinə daxil edin.
4. Format menyusundan lazimi formatı seçin.
5. Save options (Свойства сохранения) bölməsində faylın hansı formada yadda saxlanaçağını müəyyən edin:
As a Copy (Сохранить копию) - faylın surətini yadda saxlayır;
Alpha Channels (Альфа-каналы) - faylı alfa kanal kimi yadda saxlayır;
Layers (Слои) - faylı qatlar kimi yadda saxlayır;
Amotations
Spot Colors
6. Save a Copy (Сохранить копию) əmri təsviri başqa ad altında və ya qovluqda saxlayır. Təsvirin redaktəsi zamanı düzəldilməsi mümkün olmayan rəngin korreksiyası, faylın başqa formata keçirilməsi kimi hər hansı bir dəyişikliklər etməzdən əvvəl onun surətini saxlamaq lazımdır.
Revert (Восстановить) əmri faylda yadda saxlanılmamış dəyişikliklər edildikdə və faylın əvvəlki vəziyyətinə dönmək lazım gəldikdə sərfəlidir.
Place (Поместить) əmri EPS qrafik faylın (yaradılmış, məsələn, Adobe Illustrator-un köməyilə) Photoshop-da mövcud təsvirin yeni qatına köçürülməsinə imkan verir.
Import (Импортировать) - İmport üçün genişlənmə modulu vacib olan formatda saxlanmış faylları açmağa imkan verir. İmport menyusu Quick Edit (Быстрое редактирование) rejiminə girişi təmin edən alt menyunu, həmçinin bütün quraşdırılmış modullar siyahısını açır.
Export (Экспортировать). Genişlənmə modulunun köməyilə başqa formatda saxlanmış faylların importunda istifadə olunan import əmrinə analoji olaraq, Export əmri xarici modulların köməyilə faylların başqa formata göndərilməsində istifadə olunur. Export əmri bütün quraşdırılmış modulları əks etdirən alt menyunu açır.

Faylları eksportlaşdırmaq üçün aşağıdakılara əməl etmək lazımdır:
1. Menyu sətrindən File - Export-Paths to Illustrator (Файл - Экспортировать - Дорожки иллюстратору) əmrini seçin.
 



2. Açılmış dialoq pənçərəsində diskdəki qovluqlarda hərəkət etməklə, faylın saxlanacağı kataloqu göstərin. Böyük əsas pəncərədən və Papka sahəsindəki siyahıdan istifadə edin.
3. File name (Имя файла) bölməsində faylın adını;
Save as type (Тип файла) bölməsində faylın tipini;
Paths bölməsində faylın cığırını daxil edin.

4. Bütün parametrləri daxil etdikdən sonra Save (Сохранить) düyməsini sıxın.
Automate (Автоматизировать) - Bu əmr fayllar paketinin yenidən işləməsinə imkan verir. Artıq Photoshop-da yenidənqurmanın 5 imkanı var: Batch (Пакет), Conditional Mode Change (Условная смена режима), Contact Sheet (Обзорной лист), Bit İmage (Подгонка изображения) və Multipage PDF or PSD (Многостраничный ПДФ или ПСД) Batch əməliyyatları seçməyə və onları avtomatik olaraq onlara faylların böyük əksəriyyətinə tətbiqinə imkan verir. Contact Sheep kataloqun göstərilməsinə və onun tərkibində olan bütün təsvirlərdən cədvəl düzəltməyə imkan verir. Fit image təsvirlər toplusunu götürür və onların ölçüsünü dəyişməyə imkan verir. Multi-Page PDF or PSD əmrinin köməyilə PDF böyük faylı götürmək və onu PSD faylına çevirmək olar.
File İnfo (Информация о файле) fayl haqqında informasiya daha çox təsviri qəzet redaksiyası və ya xəbərlər agentliyinə göndərmək istəyən istifadəçilər üçün vacibdir. Bu onlara ikili təsvir kodunun tətbiq olunduğu təsvirlərin standart formatda identifikasiyasına imkan verir. İnformasiya təsvirin özündə görünmür, ancaq Photoshop və ya başqa proqram təminatları vasitəsilə nəzərdən keçirilə bilər.
Page Setup (Параметры страницы) - Page Setup dialoq pəncərəsi təsvirin çapa hazırlanması zamanı parametrlərin göstərilməsi üçün istifadə olunur. Dialoq pəncərəsinin görünüşü istifadə etdiyiniz printerin növündən asılı olaraq dəyişir. Bəzi parametrlər heç də bütün printerlər üçün əlverişli deyil.
Print (Печат) - Print əmri cari təsvirin printerə çıxışını təmin edir. Page Setup əmrində olduğu kimi, uyğun parametrlər qurulmuş printerin drayveri ilə müəyyənləşdiriləcək.
Preferences (Установки) - Preferences əmri Photoshop-un işinə nəzarət edən bir çox parametrlərin istifadəçiyə öz zövqünə uyğun dəyişməyə imkan verir.
Color Setting (Параметры цветов) - bu menyuya daxildir: Monitor Setup (Настройка монитора), Printing Inks Setup (Краски для печати), Separation Setup (Параметры цветоделения) və Separation Tables (Таблицы цветоделения)
Bu əmrlər ya monitorda rənglərin əks olunmasını, ya da RGB rənglərinin CMYK mənasında yenidən formalaşmasını idarə edir. Belə ki, bu parametrlər hər şeydən əvvəl çap nəşrlərinin buraxılışında tətbiq olunur. Web-dizaynerlər bundan geniş istifadə edirlər.
Exit/Quit (Выход) - bu əmr Photoshop-u bağlayır. İstənilən platforma ilə iş zamanı bağlanmazdan əvvəl sizə dəyişiklikləri yadda saxlamaq üçün müraciət olunacaq.


Bizi dəstəkləyənlər