Menu

Daxil olun Qeydiyyat

Adobe Photoshop

File menyusu

File menyusu

New (Новый) əmri eyni adlı dialoq pənçərəsini açır. Ondan yeni sənədin yaradılmasında da istifadə olunur. Yeni fayl yaratmaq üçün aşağıdakı əməliyyatları yerinə yetirmək lazımdır:
1. Menyu sətrindən File-New (Файл-Новый) əmrini seçin.



2. Ekranda New dialoq pəncərəsi görünəcək. Name (Имя) sahəsi susma rejimində qoyulmuş Untitled (Без имени) başlığını əks edir. Bu sahəyə siz istədiyiniz başlığı daxil edə bilərsiniz. Çalışın, fayllarınıza məzmununa uyğun ad verəsiniz ki, lazım gəldikdə faylın adına baxmaqla, onun hansı məzmunda olduğunu müəyyən edə biləsiniz.
3. Width (Ширина) və Height (Высота) menyusundan ölçü vahidi kimi pixels seçin.
4. Width (Ширина) və Height (Высота) sahəsində lazimi ölçüləri daxil edin. Yaxşı olardı ki, Width sahəsi 600 pikseldən, Height isə 300 pikseldən böyük olmasın.
Məsləhət: Monitorların əksəriyyəti hər düym-ə 72 piksel əks etdirdiyindən, Photoşop-un susma rejimində hər düymə 72 piksel genişlənmə seçin.
5. Mode (Режим) menyusundan RGB variantını seçin. Crayscale rejimini həm çap, həm ekran üçün, RGB rejimi yalnız ekran üçün, CMYK rejimini isə çap üçün seçə bilərsiniz.
6. Təsvir üçün uyğun gələn Contents (Содержимое) parametrini seçin. Bu tablonu dolduracaq rəngdir. New (Новый) dialoq pəncərəsi Contents parametrini seçmək üçün 3 variant təklif edir:

  • White (Белый цвет) - Fonun rəngini ağ rənglə doldurur. Fonun bu rəngi susma rejimində qoyulmuşdur.
  • Bakground Color (Фоновой цвет) - Təsviri cari (və ya axırıncı istifadə olunmuş) fon rəngilə doldurur.
  • Transparent (Прозрачная основа) - Təsvirə heç bir rəngə uyğun gəlməyən - ağ-boz görünüş verir. Şəffaf fon sonradan başqa təsvirə əlavə edilən təsvirlərin yaradılmasında istifadə oluna bilər.

7.OK düyməsini sıxın.
Open (Открытъ) əmri artıq mövcud olan faylı açır. O, ekrana Open dialoq pəncərəsini gətirir ki, bu da sizə lazımi faylı tapmağa və seçməyə imkan verir.
Open as (Открытъ как) əmri faylın açılacağı formatı müəyyənləşdirir.
Close (Закрытъ) - Cari zamanda aktiv olan təsviri bağlayır. Əgər təsvirin bütün dəyişiklikləri yaddaşa daxil edilmişsə, pəncərə dərhal bağlanacaq. Əks halda, təsviri bağlamazdan əvvəl sizə bu əməliyyatı yerinə yetirmək təklif olunacaqdır.
Save (Сохранитъ) əmri təsviri yadda saxlayır. Əvvəllər daxil edilməmiş təsvirin yaddaşda saxlanması üçün faylın adını daxil etməklə onun hansı kataloqda yerləşməsini göstərmək lazımdır. Əvvəllər yaddaşa daxil edilmiş təsvirlər üçün Save əmri avtomatik olaraq cari faylda edilmiş ən son dəyişiklikləri yadda saxlayır.
Save (Сохранитъ) əmri faylları onun cari formatında yadda saxlayır. Məsələn, əgər siz JPEG faylını açıb Save (Сохранить) əmrindən istifadə etmisinizsə, onda fayl JPEG formatında qalacaq və etdiyiniz hər bir dəyişiklik ona daxil ediləcək.
Save as (Сохранить как) əmri təsviri başqa ad altında və ya formatda saxlamağa imkan verir. Siz ilkin faylı olduğu kimi saxlamaqla, eyni zamanda həmin faylda müəyyən dəyişikliklər aparmaqla yeni sənəd tərtib etmək istəyirsinizsə, Save as (Сохранить как) əmrindən istifadə etmək sərfəlidir.


Bizi dəstəkləyənlər