Menu

Daxil olun Qeydiyyat

Adobe Photoshop

Layer (Слой)

Layer (Слой)

New (Новый) - New əmri təsvirlərə yeni qat əlavə edir. O, əlavə edilməsi mümkün olan 4 tip qatı özündə birləşdirən alt menyunu açır.
Dublikate Layer (Создать копию слой) - bu əmr aktiv qatın surətini çıxarır. Dublikate Layer dialoq pəncərəsindən istifadə etməklə yeni qatı haraya yerləşdirməyi - eyni və ya başqa təsviri seçmək olar.
Delete Layer (Удалить слой) - aktiv qatı yox edir. O, yalnız bir neçə qatı olan təsvirlərdə istifadə oluna bilər.
Layer Options (Параметры слоя) - bu əmrdən təsvirin xarakteristikasını və ya qatın korreksiya edicisini dəyişmək üçün istifadə edilir. Siz qatın adını dəyişə və ya əvvəlki qatla qruplaşdıra bilərsiniz. Bu əmri seçdiyiniz zamanda ekranda Layer Options dialoq pəncərəsi görünəcək.
Adjustment Options (Параметры настройки) - bu əmr Adjustment Options dialoq pəncərəsini açır ki, bu da sizə korrektə olunan qatın xarakteristikasında dəyişiklikləri etməyə imkan verir.
Effects (Еффекты) - bu, xüsusi effektlər mətn və ya adi qatlar üçün tətbiq edilə bilər. Effektlər qatlarla bağlıdır və qatın bütün tərkibinə tətbiq edilir.
Type (Текст) - Photoshop-da mətnlərin redaktəsi yalnız bu əmr vasitəsilə xitam rejiminə keçilməsi anına kimi mümkündür.
Add Layer Mask (Добавить слой маску) - bu əmr yalnız təsvir qatları üçün (arxa plan üçün deyil) tətbiq oluna bilər. O, aktiv qatı təşkil edən maskadan ibarət əlaqə kanalların yaradılmasında istifadə olunur.
Enable Layer Mask (Включить слой маску) - bu əmr maskanı silmədən onu açır və bağlayır. Bu ötürücü maskanın tətbiqindən əvvəl və sonrakı effektləri müqayisə etməyə imkan verir.
Group with Previous/Group Linked (Сгруппировать с предыдущим/Сгруппировать связанные) - bu əmr maket qatın (clipping group) yaradılmasında istifadə olunur. Maket qrupu bir qatın tərkibinin başqa bir qatın maskalanması üçün istifadə edir.
Ungroup (Разгруппировать) əmri maket qrupundakı bütün qatların qruplaşdırılmasında istifadə olunur. Bunun üçün qrupdakı hər hansı qatı seçin və Ungroup əmrini aktiv edin.
Arrange (Монтаж) əmri təsvirdəki qatları ardıcıl dəyişir. Əmri seçərkən ekranda bir neçə əmrli alt menyu görünür. Qatların yerini dəyişmək üçün onları Layers (Слой) palitrasına daşımaq olar.
Align Linked (Выровнять связанные) əmri cari dövrdə hesabat sistemi kimi qəbul olunmuş qatdan istifadə etməklə onunla bağlı bütün qatları eyniləşdirir. Eyniləşdirmənin 6 variantı belədir: Top (По верхному краю), Vertical center (Центр по вертикали), Bottom (По нижнему краю), Left (По левому краю), Horizontal Center (Центр по горизантали) və Right (По правому краю).
Distribute Linked (Распределить связанные) əmri əlaqəli qatlar sırasını səliqəyə salır. Lakin bu halda hesabat nöqtəsini tablonun ümumi ölçüləri təşkil edir. Eynilə Align Linked (Выровнять связанные) əmrində olduğu kimi, burada da 6 variant mövcuddur.
Merge Layers (Объединить слои) əmri bir və ya bir neçə qatı birləşdirir. Aktiv qatın vəziyyətindən asılı olaraq (maket qrupuna çıxmasından və ya başqa qatlarla əlaqədar olmasından asılı olmayaraq) əmr müxtəlif cür əks oluna bilər. Qatlar çox vaxt redaktə məqsədilə və ya faylın ölçüsünün kiçildilməsi zamanı birləşdirilir.
Merge Visible (Объединить видимые слои) əmri cari zamanda hansı qatın aktiv olmasından asılı olmayaraq, bütün görünən qatları ən aşağıdakı görünən qatla birləşdirir.
Fatten Image (Выполнить сведение) əmri bütün görünən qatları arxa planın bir qatına çevirir. Əmr faylın ölçüsünü hiss olunacaq dərəcədə kiçildə bilər.
Matting (Обработка краев) əmri yerləşdiriləcək mətnin kənarlarının tənzimlənməsində istifadə olunur. Bəzən obyektin təsvirə yapışdırılması zamanı seçilmiş bölgənin kənarında fonun ilkin rəngi əks olunmaqda davam edir.


Bizi dəstəkləyənlər