Menu

Daxil olun Qeydiyyat

Adobe Photoshop

View (Просмотр)

View (Просмотр)

New view (Новый вид) əmri aktiv təsir üçün ayrıca pəncərə açmağa imkan verir. Bu şəkildə siz təsvirin konkret bölgəsində diqqətinizi toplamaqla bütöv təsviri gözdən itirməyəcəksiniz. Burada yalnız yeni pəncərə yaradılır, təsvirin surəti deyil. Bir təsvirdə edilən dəyişikliklər o birisində əks olunacaq.
Preview (Просмотр в режиме CMYK) əmri CMYK rejiminə köçürüləcək təsvirlərin çapı üçün istifadə olunur. RGB rejimində olan təsvirlər üçün istifadə olunmur.
Zoom out (Уменьшит) - ekrandakı təsviri onun real ölçülərini dəyişmədən kiçildir.
Zoom in (Увеличить) - ekrandakı təsviri kiçildir.
Fit on Screen (Показать во весь экран) əmri təsviri bütün mümkün böyük ölçüdə göstərir.
Actual Pixsels (Реалный размер) əmri görünüşü susma rejimindəki vəziyyətə qaytarır. Bu rejimdə təsvirin pikselləri monitorun piksellərilə üst-üstə düşür.
Print Size (Размер печатного оттиска) əmri icazədən asılı olmayaraq təsviri çap ottiskinin faktiki ölçülərində nəzərdən keçirməyə icazə verir.
Hide\Show Edges (Спрятать\Показать границы) əmri cari seçilmiş bölgənin sərhədlərini göstərir və ya gizlədir.
Hide\Show Path (Спрятат\Показать пути) əmri Pen (Перо) alətinin köməyilə yaradılmış seçilmiş bölgənin konturlarını göstərir və ya gizlədir.
Hide\Show Rulers (Спрятать\Показать линейки) əmri horizontal və vertical xətkeşləri göstərir və ya gizlədir.
Hide\Show Guides (Спрятать\Показать направляющие) əmri istiqamətləndiriciləri göstərir və ya gizlədir.
Snap to Guides (Выровнять по направляющим) əmrindən istiqamətləndirici ilə işlədiyiniz zaman və təsvirin elementlərini ona uyğun eyniləşdirmək istədiyiniz zaman əlverişlidir.
Lock Guids (Закрепить направляющие) əmri istiqamətləndiricini təsvirə əlavə etdikdən sonra onun təsadüfi yerləşməsinin qarşısını almaq üçün istifadə olunur.
Clear Guids (Удалить направляющие) əmri istiqamətləndiriciləri götürür.
Hide\Show Grid (Спрятать\Показать Сетку) əmri toru göstərir və ya gizlədir.
Snap to Grid (Выровнять по сетке) əmri təsvirin elementlərini avtomatik olaraq tora uyğun bərabərləşdirmək üçün istifadə olunur.


Bizi dəstəkləyənlər