Menu

Daxil olun Qeydiyyat

Adobe Photoshop

3D Effekti

3D Effekti

1. Əvvəlcə sizə bir şəkil lazım olacaq. Mən aşağıdakı şəkli seçmişəm.
 



2. İndi şəklin qıraqlarını kəsək (amma qeyri-adi üsulla). Crop Tool seçin və eyni zamanda Alt+Shift düymələrini saxlayaraq balaca kvadratı küncə - şəklin sərhəddindən kənara dartın.
 



3. Şəkil olan layın altından yeni lay yaradın və onu ağ rəngləyin. Sonra bu layları birləşdirin (Ctrl+E). Belə bir şəkil alınacaq:
 



4. İndi isə, kölgə üçün lay yaradaq. Şəkli seçin (Ctrl+A). Yeni lay yaradın. Onu qara rəngləyin və adını "Shadow" qoyun.
5. Sonra şəkli ümumi böyüdək. Yenə də Crop-dan istifadə edək. Alt və Shift-i eyni vaxtda saxlayaraq, bayaqki kimi, kiçik kvadratı şəkildən kənara çıxarın. Təxmini məndəki kimi alınmalıdır.
 



6. İndi şəkli saat əqrəbi istiqamətində 90° fırladaq. Image > Rotate Canvas > 90°CW
7. Filter > Distort > Shear daxil olun və şəkildəki parametrləri təyin edin.
 



8. Şəkli əvvəlki vəziyyətə qaytaraq. Image > Rotate Canvas > 90°CCW.
9. Daha sonra, "Shadow" layını bir az yaymaq lazımdır ki, o, daha çox kölgəyə oxşasın. Filter > Blur > Gaussian Blur. Dərəcəni isə 7.5 təyin edin.
10. "Shadow" layının şəffaflığını (Opacity) isə 60% eliyin.
11. Şəkli real etmək üçün onun üzərinə işıq şüasını yerləşdirək. Bunun üçün yeni lay yaradın. Onu bütün laylardan yuxarı yerləşdirin. Şəkildəki kimi bir hissə seçin və bulanıq ağ fırça ilə rəngləyin.
 



12. Layın şəffaflığını 50% təyin edin.
13. Seçimi yığışdırın (Ctrl+D).
14. Axırda Free Transform Tool (Ctrl+T) istifadə edərək, şəkli bir az yana fırladın.
 



Uğurlar!


Bizi dəstəkləyənlər