Menu

Daxil olun Qeydiyyat

Adobe Photoshop

Bolt

Bolt

1. Əvvəlcə 250x250 pixel böyüklüyünde yeni şəkil yaradın. Fonu qara edin və şəkildəki kimi, kömək üçün xətləri əlavə edin. (Ctrl+H).



2. Yeni Layer yaradın və Polygon Lasso Tool  istifadə edərək, 6-bucaqlı seçin.
 



3. 6-bucaqlını ağ rəngdə rəngləyin. Seçməni ləğv edin (Ctrl+D) və köməkçi xətləri yığışdırın (Ctrl+H).
 



4. İndi isə, boltun hər tərəfini eyni boyda edək. Bunun üçün Layer dublicate (Ctrl+J) edirik. Sonra Move Tool-dan istifadə edərək, sağ-sol düymələri basıb boltun hər tərəfini eyni boyda edirik. Daha sonra, Layer-ləri birləşdiririk (Ctrl+E).
 



5. Ctrl düyməsini basıb saxlayaraq, ağ rəngli Layerin üzərinə tıklayırıq ki, bolt hərtərəfli seçilsin. D düyməsini tıklayırıq və sonra seçilmiş hissəni qradient ilə yuxari sol küncdən aşağıya kimi rəngləyirik.
 



6. İndi isə, yeni Layer yaradın və boltun ortasında Elliptical Marquee Tool köməkliyi ilə dairə seçin (Shift düyməsini saxlayaraq). Əvvəlcə D (Default Color) və sonra X (Swich Foregraund & Background Color) basın. Sonra Gradient Tool seçin və Reflected Gradient rejimini təyin edin. Seçilmiş hissəni mərkəzdən sağ-aşağı küncə kimi rəngləyin.
 



7. Layer dublicate eliyin. Filter > Sketch > Halftone Pattern:

Size: 1
Contrast: 20
Pattern Type: Circle

Şəffafığı (Opacity) isə 10% təyin edin.
 



8. Bolt demək olar ki, hazırdır. Sonra isə, necə istəyirsinizsə boltu bəzəyə bilərsiniz. Məsələn, bir az Noise-dan istifadə edin. Kölgə əlavə edin. Rəngi dəyişin (Hue/Saturation). Təxmini belə bir şey alınacaq:
 



Unutmayın ki, bunların hamısı sizin fantaziyanızdan asılıdır.


Bizi dəstəkləyənlər