Gel
1. Əvvəlcə 400x400 böyüklüyündə şəkil yaradın. Sonra R0 G51 B222 rəngdə istədiyiniz sözü yazın.
2. Ctrl düyməsini saxlayaraq, söz olan Layer-in üzərinə tıklayın (bununla siz sözü seçəcəksiniz). Sonra seçilmiş ərazini 5 pixel böyüdün (Select > Modify > Contract). İndi seçilmiş hissəni R31 G82 B255 rəngi ilə rəngləyin. Bu Layer-in adını "Multiply" qoyun. Seçimi yığışdırın (Ctrl+D). Layer-i kopyalayın (Layer > Duplicate Layer). İndi yaratdığınız Layer-i "Gel" adlandırın. İndi sizdə cəmi 4 lay (Layer) olmalıdır (Background-u da nəzərə alaraq).
3. İndi Gel layı ilə işləyək. Əvvəla, 5px qədər Guassian Blur eliyin. Sonra Layer > Layer Style > Bevel & Emboss seçin. Parametrləri şəkildəki kimi təyin eləyin.
4. Yazını daha həcmli etmək üçün Image > Adjust > Curves (Ctrl+M) daxil olun və əyri xətti elə əyin ki, mən elədiyim kimi olsun.
5. Axırda "Multiply" layının Blending Mode-nu Normal-dan Multiply-a dəyişin.
Qeyd: Gel stilində yazı ağ fonda daha effektli görsənir.