Əmrlərin tipləri
Mikroprosessorun əmrlər sisteminə 360-dan çox maşın əmrləri daxildir. Yeni modellər yarandıqca bu əmrlərin sayı da artır.
Maşının əmrlər yığımını təyinatına görə şərti olaraq, aşağıdakı qruplara və altqruplara bölmək olar:
- prosessorun əmrləri;
- həmprosessor əmrləri;
- MMX-genişlənməli əmrlər;
- XMM-genişlənməli əmrlər.
Mikroprosessor əmrləri 7 qrupa ayrılır:
Göndərmə əmrləri;
Hesabi əmrləri;
Bitlər üzərində əməliyyatlar aparan əmrləri;
İdarəetmə əmrləri;
Sətrləri emal edən əmrləri;
Kəsilmə əmrləri;
Prosessoru idarə edən əmrlər.