Menu

Daxil olun Qeydiyyat

Assembler proqramlaşdırma dili

Faylın adının dəyişməsi və ya faylın köçürülməsi

Faylın adının dəyişməsi və ya faylın köçürülməsi

21h kəsilməsinin 56h funksiyası faylın adını dəyişir. DS:DX registrində adı dəyişiləcək faylın ASCIIZ sətrinin ünvanı (faylın yolu), ES:Dİ registrlərində isə yeni faylın ASCIIZ sətrinin ünvanı yazılır. Əgər faylların yolu müxtəlif adları isə eyni olarsa, onda fayl bir yerdən başqa yerə köçürülür. Məsələn:

1)	   ...
OLDF   DB  ‘A:\DATE\A1.PAS’, 0
NEWF  DB  ‘A:\DAT23\A1.PAS’, 0
     ...
LEA   DX, OLDF         ;faylın köhnə yolu
MOV  AX, SEG NEWF      ;ES və Dİ registrlərində
MOV  ES, AX            ;faylın yeni yolu
LEA   DI, NEWF         ;göstərilir
MOV  AH, 56H           ;faylın adlandırılması funkisyası
INT    21H

Əmrlər ardıcıllığının icrasından sonra A1.PAS faylı A disketinin DATE direktoriyasından A disketinin DAT23 direktoriyasına yazılır.

Əgər faylların yolu eyni adları isə müxtəlif olarsa, onda faylın adı dəyişir. Faylın adı aşağıdakı proqram fraqmenti ilə dəyişir.

2)  ...
OLDF   DB  ‘A:\ONE\COUNT.DAT’, 0
       NEWF   DB  ‘A:\ONE\FAM.TXT’, 0
               ...
LEA  DX, OLDF
MOV  AX, SEG NEWF  ; ES və Dİ registrində 
MOV  ES, AX                ; yeni faylın 
LEA  DI, NEWF            ; adı göstərilir
MOV  AH, 56H             ; faylın adlandırılması funksiyası
INT    21H
...

Bu proqram fraqmenti A disketinin ONE direktoriyasında yerləşən COUNT.DAT faylının adını FAM.TXT adı ilə əvəz edir.


Bizi dəstəkləyənlər