Faylın uzunluğunun təyini
Faylın uzunluğunu təyin etmək üçün faylı açdıqdan dərhal sonra fayl göstəricisini faylın sonuna gətirmək lazımdır. Əvvəlki mövzuda göstərdiyimiz kimi göstəricinin yerini təyin etmək üçün 21h kəsilməsinin 42h funksiyasından istifadə edilir. Funksiya icra olunduqdan sonra DX:AX registrlər cütlüyünə fayl göstəricisinin yeni qiyməti yazılacaq. Bu isə faylın başlanğıcına nəzərən sürüşmənin qiyməti, başqa sözlə faylın uzunluğudur. Bu funksiuadan istifadəyə qədər CX və DX registrlərində sıfır qiyməti olmalıdır. Faylın uzunluğunu təyin edərkən AL=2 olmalıdır.
Misal:
... MOV AH,42h ;göstəricinin yerdəyişmə funksiyası MOV AL,2 ; göstəricini faylın sonuna gətirmək MOV BX,nom ; faylın nömrəsini BX yazmaq MOV CX,0 ; göstəricinin mövqeinin təyini MOV DX,0 ; göstərici= 0 INT 21h MOV filesize, AX ...
Bu proqram hissəsi icra olunduqdan sonra yaddaşın filesize xanasına faylın baytlarla ölçü qiyməti (faylın ölçüsü bu halda 65535 böyük ola bilməz) yazılacaq.