İdentifikatorların təyini direktivlərı
İdentifikatorları təyin edən direktivlər iki yerə bölünürlər:
1. <ad> EQU <mətn> və ya
<ad> EQU <ədədi ifadə>
2. <ad>= <ədədi ifadə>
Bu direktivlər ifadələrə şərti adlar verməyə ikan verir. İfadə kimi 16-lıq sabit, ünvan göstəricisi, digər şərti ad, əmrin nişanı və sairə götürülə bilər. Birinci və ikinci yazılışlar bir-birindən aşağıdakı kimi fərqlənirlər.
1) EQU təyinatından fərqli olaraq “=” işarəsi ilə təyin olunmuş identifikator yenidən təyin edilə bilər. EQU ilə isə təyin etmək olmaz.
2) EQU direktivində ədədi və mətni ifadədən, “=”
direktivində isə yalnız ədədi ifadədən istifadə edilə bilər.
Ədədi ifadələrdə +, -, *, / hesab əməliyyatlarından istifadə edilə bilər.
Məsələn:
F1 EQU EBX ; EBX registri F1 adına ; mənsub etdirilir F2 EQU 366 ; konstanta ad verilir F3 EQU 3 *F2 ; ədədi ifadəyə ad verilir F4=366 ; konstanta ad verilir F5=93 ; konstanta ad verilir F6=F5 – 12 ; ədədi ifadəyə ad verilir AD EQU ‘mətn sətri’ Table EQU DS:[BP][SI] AS EQU ‘Assembler’