Kitab haqqında
A.Ş.SÜLEYMANOV, A.İ.MƏMMƏDOV,
V.İ.BƏDƏLOV, R.T.MUSTAFAYEV
BAKI-2006
|
AZƏRBAYCAN RESPUBLİKASI
”SİSTEM PROQRAMLAŞDIRMASI
VƏ ƏMƏLİYYAT SİSTEMLƏRİ ”
Assembler dili
(dərs vəsaiti)
Azərbaycan Respublikası Təhsil Nazirliyinin
Elmi–metodiki şurasının ”İnformatika və kompüter texnologiyası”
26.02.2006-cı il tarixli iclasında bölməsində
8 nömrəli protokol ilə təsdiq edilmişdir.
BAKI-2006
Rəyçilər: Milli Aviasiya Akademiyasının «İnformatika və riyazi modelləşdirmə» kafedrasının müdiri, dosent İ.M. İsmayılov
AzTU-nun «Riyaziyyat» kafedrasının dosenti A.İ. Hüseynov
A.Ş.Süleymanov, A.İ.Məmmədov, V.İ.Bədəlov,
R.T.Mustafayev
”Sistem proqramlaşdırması və əməliyyat sistemləri” Assembler dili kursu üzrə metodiki vəsait. Bakı, AzTU, 2005-ci il, 361 səh.
”Sistem proqramlaşdırması və əməliyyat sistemi” kursunun öyrənilməsi üçün təqdim olunan bu dərs vəsaiti nəzərdə tutulan vəsaitlər seriyasının birinci hissəsidir. O üç hissədən ibarətdir: kompüterin arxitekturası, Assembler dili və Assembler proqramı ilə MS DOS əməliyyat sistemi arasında əlaqə.
Dərs vəsaitində Intel firmasının mikroprosessorlar ailəsinin arxitekturasına, Assembler dilinin təsvirinə baxılmış və real rejimdə Assembler proqramlarının işlənməsinə aid çoxlu sayda nümunələr göstərilmişdir.
Kitabın buraxılmasında əsas məqsəd, Azərbaycan bölməsində təhsil alan tələbələrin bu sahədə öz ana dilində və latın qrafikasında ədəbiyyata olan ehtiyacını qismən ödəməkdir.
Kitab ”Sistem proqramlaşdırması və əməliyyat sistemi» fənnini öyrənən ali məktəb tələbələri, ümimiyyətlə, kompüter texnikası və Assembler dilində sərbəst proqramlaşdırmanı öyrənmək arzusunda olan istənilən oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Müəlliflər kitabın çapa hazırlanmasında kömək göstərdiyinə görə kafedranın əməkdaşı T.N.Əlibəyovaya minnətdarlıqlarını bildirirlər.
© AzTU-nun nəşriyyatı - 2006