Menu

Daxil olun Qeydiyyat

Assembler proqramlaşdırma dili

Məntiq əməliyyatları

Məntiq əməliyyatları

Məntiq əməliyyatları, ifadənin bitləri üzərində əməliyyatlar aparır. Bunlara NOT (inkar), AND (məntiqi vurma (və)), OR (məntiqi toplama (və ya)), XOR (məntiqi toplamanın inkarı) məntiq əməliyyatları daxildir. BunlardanAND, OR, XOR əməliyyatları iki operand, NOT əməliyyatı isə bir operand üzərində əməliyyat aparır və bunlara, uyğun olaraq, iki və bir operandlı əməliyyatlar deyilir. AND, OR, XOR və NOT əməliyyatlarının icrasının nəticəsi aşağıdakı cədvəldə verilmişdir:

 
Məsələn:
00110100B and 11010111B

Nəticə 00010100B alınır. and (və) əlaqəsi 2 açarlı ev qapısına bənzədilir. Yəni, evə yalnız hər iki açar açıq olduqda girmək olar. Əksi mümkün deyil.

or (və ya) əlaqəsi iki qapısı olan evə bənzədilir. Yəni, qapılardan hər hansı biri açıq olarsa, evə girmək olar. Yuxarıdakı verilənlər üçün

00110100B or 11010111B

nəticə 11110111B olar.

xor əməliyyatı or –un modifikasiyasıdır. Fərqi hər iki operand eyni olduqda nəticənin sıfır alınmasındadır. Yəni,

00110100B xor 11010111B

nəticə 11100011B olar.

Yəni, 2 qarılı evin yalnız bir qapısı açıq olduqda evdə qalmaq olar.

Assembler əmrlər sistemində mikroprosessor üçün eyni adlı ANDORXOR və NOT əmrləri mövcudur (bünlar haqqında sonra məlumat veriləcək). Bu əmrlər proqramın icrası zamanı yerinə yetirilirlər.


Bizi dəstəkləyənlər