Menu

Daxil olun Qeydiyyat

Assembler proqramlaşdırma dili

Onluq ədədlərin təsviri

Onluq ədədlərin təsviri

Onluq ədədlər – ədədi informasiyanın xüsusi təsvir formasıdır. Kodlaşdırma prinsipi əsasında hər bir onluq rəqəm, 4 mərtəbəli bitlər qrupu şəkilində kodlaşdırılır.

Yığcam və ya qeyri-yığcam tam onluq ədədlər ikilik- onluq kodda (BCD – Binary-Coded Decimal) təsvir olunan ədədlərdir. Tam onluq ədədlər formatından asılı olaraq, qeyri-yığcam BCD (rəqəminin hər biri bir baytda yerləşir) və yığcam BCD (rəqəmin ikisi bir baytda yerləşir) şəklində olur. Bu səbəbdən də mik­ro­­prosessor, BCD ədədini yaddaşda, yığcam və qeyri-yığcam formatda saxlayır:

Yığcam format – bu formatda hər bir baytda iki onluq ədəd yerləşir. Yəni, 0,...,9 diapazonundakı hər bir onluq rəqəmin ikilik qiyməti üçün 4 bit sahə ayrılır. Bu zaman ədədin böyük rəqəmi böyük 4 bitdə yerləşir. Aydındır ki, bir baytda yığcam onluq ədədlərin yerləşdirilmə diapazonu 00 -dan 99-a qədər olacaq.

Qeyri yığcam format (yığcam olmayan) - bu formatda hər bir baytda bir onluq ədəd saxlanır. Onluq rəqəmin ikilik qiyməti baytın 4 kiçik bitində və baytın böyük 4 bitinə isə sıfırlar yerləşir. Böyük 4 bit zona adlanır. Bir baytda qeyri yığcam onluq ədədlərin yerləşdirilmə diapazonu 0 –dan 9 –a qədər olacaq.

BCD -ədədin təsviri aşağıdakı şəkildə verilmişdir:

Proqramda ikilik – onluq ədədləri necə təsvir etmək olar? Bunun üçün yalnız iki - DB və DT direktivlərindən istifadə olunur. Bu direktivlərin tətbiqi, ikilik – onluq ədədlərin emalı üçün çox səmərəli olan “ kiçik baytın kiçik ünvanda yerləşməsi” prinsipinə əsaslanır. Məsələn: verilənlər seqmentində ikilik-onluq ədədlər aşağıdakı kimi təsvir olunur:

.DATA
per_1 DB 2,3,4,6,8,2   ;286432 qeyri yığcam  BCD - ədədi
per_3 DT 9875645       ; 9875645 yığcam BCD - ədədi

Onların yaddaşda yerləşdirilməsinin listinqi aşağıdakı kimidir.


Bizi dəstəkləyənlər