Menu

Daxil olun Qeydiyyat

Assembler proqramlaşdırma dili

Real rejimdə fiziki ünvanın təşkili

Real rejimdə fiziki ünvanın təşkili

Real rejimdə fiziki ünvanın yaranmasını nəzərdən keçirək. Fiziki ünvan dedikdə verilənlər şininə verilən yaddaş ünvanı nəzərdə tutulur. Buna xətti ünvan da deyilir.

Real rejimdə fiziki ünvanın təşkili şəkil 5-də göstə­rilmişdir.

Şəkil 5

Real ünvanlar rejimində fiziki ünvanlar mexanizminin aşağıdakı xarakteristikaları vardır:

1. Fiziki ünvan [0,1]Mb parçasında dəyişir. Bu MP İ8086 –nın ünvanlar şininin 20 xətli olmasından irəli gəlir.

2. Seqmentin maksimal tutumu 64kb–dır. Bu da İ8086 MP–nin 16 mərtəbəli arxitekturaya malik olmasından irəli gəlir.

3. MP–nin əmrləri registrdə, yaddaşda və ya əmrin özündə yerləşən operandlar üzərində əməliyyatlar apara bilər. Əmrlər sisteminə operandsız əmrlər və 1, 2, 3 operandlı əmrlər daxildir. Əmrlər istifadə olunan operandların fiziki ünvanını təyin etmək üçün seqmentin baza ünvanı ilə verilənin baza başlanğıcına nəzərən sürüşməsini (nisbi ünvanı) toplamaq lazımdır. Baza ünvanı 16 mərtəbəli seqment registrinin məzmunu ilə təyin olunur və MP –nin iş rejimindən asılıdır.

Əgər MP real ünvanlar rejimində işləyirsə, (İ8086) 20 mərtəbəli baza ünvanı almaq üçün 16 mərtəbəli seqment registrinin məzmununu 4 mərtəbə sola sürüşdürmək lazımdır.

verilənlərin emalında), baza ünvanı seqment registrinin məzmununa uyğun olaraq selektora görə deskriptorlar cədvəlindən 32 mərtəbəli ünvan kimi təyin edilir. Aydındır ki, yaddaşa müraciətin tipindən asılı olaraq uyğun seqment registrini və nisbi ünvanı təyin edən registr seçilir. Bu haqda Assembler dilinin öyrənilməsində geniş danışacağıq. Burada isə hesabi verilənlərin ünvanlaşmasında istifadə edilən effektiv ünvanın (EÜ) təyini müəyyənləşdirək. EÜ–də müraciət üsulundan asılıdır və üsusi halda aşağıdakı 3 komronentin toplanmasından alınır:

- EBP və ya EBX baza registrlərinin məzmunu;

- ESİ və ya EDİ indeks registrlərinin məzmunu;

- əmrin özündə iştirak edən D8, D16, D32 sürüşməsinin qiyməti (1, 2, 4 baytlıq).

Bu əməliyyatlar cihaz vasitələrinin köməyi ilə (yəni, proqram təminatından istifadə etmədən) alınır.


Bizi dəstəkləyənlər