Registrlərin təsnifatı
Registrlər– fiziki olaraq prosessorun daxilində yerləşən xüsusi yaddaş sahəsidir. Registrlərdən istifadə əməliyyatlarların yerinə yetrilmə sürətini artırır. Əməli yaddaş sahəsindən fərqli olaraq onlara müraciət ünvana görə deyil, onların adlarına görə aparılır.
Registrləri aşağıdakı qruplara bölmək olar:
1. Əsas funksional registrlər:
- ümumi təyinatlı registrlər (ÜTR);
- əmr göstəricisi;
- bayraqlar registri;
- seqment registrləri.
2. Ədədi verilənləri emal edən prossorun registrləri:
-verilənlər registrləri;
-teqlər registrləri;
-vəziyyət registrləri.
-FPU sürüşkən nöqtəli verilənləri və əmrləri emal edən registrlər;
-FPU-nun idarə registrləri;
3. Sistem registrləri:
-MP-nin idarə registrləri;
-sistem ünvanları registrləri.
4. Sazlama və testləmə registrləri.
1-ci və 2-ci qrup registrlər tətbiqi proqramların icrasında, 3-cü və 4-cü qrup registrlər isə proqrmların sazlanmasında və MP-nin testlənməsi zamanı istifadə edilir.