Menu

Daxil olun Qeydiyyat

Assembler proqramlaşdırma dili

Yaddaşın seqmentlənmə modeli

Yaddaşın seqmentlənmə modeli

Əvvəldə dediyimiz kimi seqlentlənmə dedikdə, cihaz vasitələri ilə təmin olunan yaddaş bloku daşa düşülür. Ümumiyyətlə, hər bir proqram bir neçə seqmentdən təşkil edilə bilər və onlara bilavasitə üç əsas: kod, verilənlər, stek və üç əlavə verilənlər seqmentləri daxildir. Proqramçı heç zaman bilmir ki, proqramın seqmentləri hansı fiziki ünvandan başlayacaq. Başlanğıc ünvanı ƏS təyin edir. ƏS proqramın seqmentlərini əməli yaddaşın müəyyən fiziki ünvanlarına yerləşdirərək başlanğıc ünvanları MP - nin iş rejimindən asılı olaraq müəyyən yerlərə yazır. Yəni, real ünvanlar rejimində olanlar uyğun seqment registerlərinə, mühafizə rejimində isə xüsusi sistem deskriptorları cədvəlinə yazılırlar.

Seqment daxilində proqram ünvanlara seqmentin başlanğıcına nəzərən müraciət edir. Yəni, 0-cı ünvandan (blokun başlanğıcından) son ünvanına qədər.

Belə təyin edilən nisbi ünvan (başlanğıca nəzərən sürüşmə) effektiv ünvan adlanır. Seqmentləşmiş yaddaşın üç əsas təşkil modelini göstərmək olar: Ünvanlaşmanın 3 əsas modeli şəkil 4-də verilmişdir. Bu modellər aşağıdakılardır:

- real rejimdə yaddaşın seqmentləşmiş modeli;

- mühafizə rejimdə yaddaşın seqmentləşmiş modeli;

- mühafizə rejimdə yaddaşın bütöv modeli.

 


Bizi dəstəkləyənlər