Menu

Daxil olun Qeydiyyat

Assembler proqramlaşdırma dili

Yaddaşın təşkili

Yaddaşın təşkili

MP–nin verilənlər şini vasitəsi ilə müraciət edə biləcəyi fiziki yaddaşa əməli yaddaş deyilir(ƏY). Kompüterin yaddaşını ən aşağı səviyyədə bitlər ardıcıllığı şəklində təsvir etmək olar. Məntiqi sxemlərdə bitlər ilə işləmək məqsədə uyğundur. Proqram tərtibi zamanı isə bitlər ilə işləmək yerinə 8 bit ardıcıllığından ibarət olan baytlarla işləmək əlverişlidir. Hər bir baytın nömrəsi onun fiziki ünvanını təyin edir. Fiziki ünvanlar fəzasının ölçüsü MP –nin verilənlər şininin mərtəbələr sayı ilə təyin edilir. I486 və Pentium MP–lərində ünvan [00000000, FFFFFFFF] (yəni, [0; 2], 4 qiqabayt) parçasında təyin olunur. P6 MP –lərdə isə ünvan [0; 2] (64 qb) parçasında təyin edilir. Ümumiyyətlə, fiziki yaddaş 8 mərtəbəli baytlara, 16 mərtəbəli sözlərə, 32 mərtəbəli 2 qat sözlərə bölünə bilər (sözün ünvanın 2-yə, 2 qat sözün ünvanın 4-ə tam bölünən olması qəbul olunub).

Yaddaş tamamilə cihaz mexanizmi ilə idarə olunur. Bu o deməkdir ki, proqram özü fiziki ünvanı verilənlər şinində yarada bilməz. Proqram belə əməliyyatlarda tamamilə MP–dən asılıdır. Cihaz mexanizmi aşağıdakıları təmin edir:

1. Maşın əmrlərində ünvanın kompakt saxlanmasını;

2. Ünvan mexanizminin çevikliyini;

3. Çoxməsələli sistemdə məsələnin ünvanlar fəzasının qorunmasını;

4. Virtual yaddaşın dəstəklənməsini.

MP–nin cihaz vasitələri əməli yaddaşdan istifadənin bir neçə modelini dəstəkləyir:

1. Seqmentlənmiş model. Bu modeldə yaddaş proqram üçün kəsilməz yaddaş sahələrinə (seqmentlərinə) bölünür. Proqramın özü isə yalnız bu seqmentlərdə yerləşən verilənlərə müraciət edə bilər;

2. Səhifə modeli. Səhifə modelinə isə seqmentlənmiş yaddaş üzərinə üst qurum kimi baxa bilərik. Bu modeldən istifadə edərkən əməli yaddaşa hər biri 4kb-dən ibarət olan bloklar ardıcıllığı kimi baxılır. Səhifə modelindən əsasən virtual yaddaşın təşkilində istifadə edilir. Bu da, ƏS-ə proqramların işləməsi üçün fiziki yaddaşın tutumundan çox yer ayırmağa imkan verir. i486 və Pentium –larda virtual yaddaşın ölçüsü 4 tera bayta çatır.

Bu modellərdən istifadənin xüsusiyyətləri və tətbiqi MP–nin aşağıdakı iş rejimlərindən asılıdır.

1. Real ünvanlar rejimi. Bu rejim İ8086 MP –nin işlədiyi rejimdir. Bu rejimin Pentium –larda istifadə edilməsi MP –lərin uyuşan olmasından (öncədən yazılmış proqramların da yeni modellərdə işləyə bilməsindən) irəli gəlir.

2. Mühafizə rejimi. Bu rejim İ286 MP –sinin arxitektur ideyalarını həyata keçirməyə imkan verir. İ8086 MP –si (real rejim) üçün yaradılan proqramlar mühafizə rejimində işləyə bilmir. Bu əsasən mühafizə rejimində fiziki ünvanının formalaşması ilə əlaqədardır.

3. i8086 nın vitual rejimi. Bu rejimə yalnız MP mühafizə rejimində olduqda keçmək olar. Bu rejimin fərqləndirici cəhəti ondadır ki, İ8086 üçün yazılan proqramların bir neçəsi bu rejimdə eyni zamanda işləyə bilir. Əgər MP virtual rejimdə isə (yəni, mühafizə rejimi ilə) İ 8086 –nın real rejim üçün yazılan proqramlarını da işlədə bilər.

4. Sistem idarə rejimi. Pentium–larda istifadə edilən yeni rejimdir. O, ƏS–in maşından asılı funksiyalarının yerinə yetirilməsini (sistemin qorunması üçün aşağı enerji sərfi rejiminə keçidi) təmin edir. Bu rejimə keçmək üçün MP proqramlaşdırılan APIC (Advanced Programmable Interrupt Controller) kontrollerindən SMI siqnalını almalıdır. Bu zaman MP–nin hesablama mühiti dəyişməz qalır. MP–nin bu rejimdəki fəaliyyəti onun real ünvanlar rejimindəki işi kimidir.


Bizi dəstəkləyənlər