Menu

Daxil olun Qeydiyyat

Assembler x86 Linux (64 bit)

Giriş

Giriş

Ön söz

Prosessoru (CPU) kompüterin "ürəyi" və "beyni" hesab edə bilərik. Kompüterin yaddaşından və giriş/çıxış portlarından məlumatın oxunması, məlumatlar üzərində müxtəlif hesab, müqayisə, sürüşmə, məntiq və s. əməliyyatların aparılması, emal olunmuş məlumatların təkrar yaddaşa (portlara) yazılması, hər cür kəsilmələrin qəbul olunması və cavab verilməsi, habelə, fiziki yaddaşın müxtəlif məlumat və instruksiya sahələrinə edilən müraciətlərə nəzarətin təmin olunması və s. işlər məhz CPU tərəfindən həyata keçirilir.

CPU-nun dilinə, proqramlaşdırma dilləri arasında ən yaxın dil Assembler dilidir.

Yüksək səviyyəli dildə proqram tərtib edərkən, CPU-nun əhəmiyyəti demək olar ki, hiss olunmur. Buna səbəb isə, kompilyator proqramlarıdır. Kompilyator bizim yüksək səviyyəli dildə yazdığımız proqramları assembler dilinə, daha sonra isə maşın dilinə, yəni obyekt koda çevirir.

Assembler dilində isə, proqram tərtib edərkən yazdığımız kod cüzi dəyişikliyə uğrayaraq (maşın dilinə çevrilərək), birbaşa CPU tərəfindən icra olunur.

Bu kitab Assembler dilindən bəhs edir. Paralel olaraq CPU-nun arxitekturası, iş prinsipi, fiziki yaddaşın strukturu, CPU-nun yaddaşa müraciət metodları və s. barədə nəzəri məlumatlar verilir və assembler dilində müvafiq proqram kodları ilə praktik nümunələr gətirilir.


Bizi dəstəkləyənlər