Menu

Daxil olun Qeydiyyat

Assembler x86 Linux (64 bit)

Problemlər

Problemlər

Bu, Assembler proqramlaşdırma dili kitabının ilk buraxılışıdır. Əlbəttə ki, səhvlər qaçılmazdır. Əvvəl nəzərdə tutduğumuz bəzi hissələri çaşqınlıq yaratmamaq və praktikilik nöqteyi-nəzərindən dərsliyə salmamaq qərarına gəldik. Əsas diqqət yetirilməli məqam proqram kodlarıdır. Onları başa düşmək üçün dəfələrlə təkrar-təkrar kod tədqiq olunmalıdır.

Bu buraxılışın ən böyük çatışmamazlığı 64-32 bit problemləridir. Belə ki, proqram kodları 64 bitlik arxitektura üçün nəzərdə tutulub, ona görə 32 bitlik maşınlarda bu proqramları icra etmək mümkün deyil.

Əgər proqramların testi problem yaratsa, onda rəsmi sayta (ilkaddimlar.com) müraciət edə bilərsiniz. Müraciətləri nəzərə alıb, biz proqramların 32 bitlik versiyasını da kitaba əlavə edərik.

Istənilən texniki sual ilə bağlı cavablar.net saytına müraciət edə bilərsiniz.

Kitabın gələcək versiyalarının hazırlanmasında, mövcud mövzuların yenilənməsində, proqram nümunələrinin artırılmasında, səhvlərin düzəldilməsində könüllü köməklik göstərmək istəyənlər müəlliflə ahmed.sadikhov@gmail.com ünvanından əlaqə saxlaya bilərlər.

 

Əhməd Sadıxov.


Bizi dəstəkləyənlər