Menu

Daxil olun Qeydiyyat

C++ Proqramlaşdırma Dili

10.1.2 Sətir funksiyaları

10.1.2 Sətir funksiyaları

C++ dilində C sətirləri üzərində əməliyyat aparmaq üçün bəzi kitabxana funksiyaları təyin olunub. Bunlardan istifadə etmək üçün string.h başlıq faylını proqramınıza əlavə etməlisiniz. Aşağıdakı cədvəldə bir neçə məşhur sətir funksiyası və onların qısa izahı verilir. Daha sonra isə bəzi funksiyalardan istifadəyə aid kod nümunələri ilə tanış olacayıq. Standart sətir funksiyaları

strlen Verilmiş sətrin uzunluğunu müəyyən edir
strcpy Bir sətri digər sətrin üzərinə yazır
strncpy Bir sətrin verilmiş ölçüdə simvollarını digər sətrin üzərinə yazır
strcat Bir sətri digər sətrin sonuna əlavə edir
strncat Bir sətrin verilmiş ölçüdə simvollarını digər sətrin sonuna əlavə edir
strcmp Bir sətri digər sətir ilə müqaisə edir
strncmp İki sətrin verilmiş uzunluqda hissəsini müqaisə edir
strchr Verilmiş sətirdə verilmiş simvolun ilk rast gəldiyi yeri müəyyən edir
strtok Verilmiş sətri verilmiş simvollarla parçalara ayırır
Gəlin bu funksiyalar ilə tanış olaq.


Bizi dəstəkləyənlər