Menu

Daxil olun Qeydiyyat

C++ Proqramlaşdırma Dili

13.3 Şərt direktivləri

13.3 Şərt direktivləri

Şərt direktivlərinin məqsədi proqram kodunun bu və ya digər hissəsini kompilyasiyadan kənar etməkdir. Proqramlaşdırmada buna çox vaxt ehtiyac yaranır. Tutaq ki, ilk öncə hansısa formada test məqsədilə alqoritmi tərtib edirsən. Daha sonra məqbul həll variantını tapdıqdan sonra artıq keçici tərtib etdiyin test alqoritmi artıq gərəkli olmur. Belə olan halda həmin kodu tamamilə proqramın mənbə faylından silməmək üçün (gələcəkdə yenidən lazım ola biləcəyini nəzərə alaraq) şərti direktivlər vastəsilə kompilyasiyadan kənarlaşdırırlar. Fiziki olaraq kod proqramın mətn faylında olduğu kimi qalır, sadəcə kompilyasiya zamanı kompilyator həmin hissələri nəzərə almır.

C++ dilində aşağıdakı şərt direktivləri var:

#if

#ifdef

#ifndef

#else

#elif

#endif

Bu direktivlərdən if, ifdef və ifndef direktivləri özlərindən sonra bir ifadənin olmasını tələb edirlər, qalanları isə yuxarıda göstərilən şəkildə istifadə olunurlar. Misala baxaq:

#if ifadə

kod

#endif

Hər bir if ilə başlayan direktiv mütləq bir #endif direktivi ilə bağlanmalıdır. Arada istənilən qədər bir-birinin içinə yerləşdirilmiş if/endif qoymaq olar. Yuxarıdakı misalda göstərilən kod if derektivinin qarşısındakı ifadə doğru qiymət aldığı zaman kompilyator tərəfindən nəzərə alınacaq.

ifdef və ifndef direktivləri isə define direktivi tərəfindən təyin olunmuş ifadələri arqument kimi qəbul edir.


Bizi dəstəkləyənlər