Menu

Daxil olun Qeydiyyat

C++ Proqramlaşdırma Dili

15.2.1 Siyahının ilk və son elementləri

15.2.1 Siyahının ilk və son elementləri

Siyahıda istənilən sayda element ola bilər. Cərgədən fərqli olaraq siyahının elementlərinə indeksinə görə müraciət etmək mümkün deyil. Əksinə tələb olunan elementi tapmaq üçün ilk elementdən başlayaraq son elementə kimi bütün elementləri nəzərdən keçirməliyik. Bunun üçün hər-bir siyahının ilk və son elementlərinə istinadın bilinməsi zəruridir.

Bəzən siyahının son elementinə istinadı yadda saxlamırlar. Belə halda siyahının sonunu müəyyənləşdirmək üçün sonuncu elementin növbəti həddinin NULL olması şərtindən istifadə edirlər.

Ümumiyyətlə siyahının son elenetinin növbəti həddi həmişə NULL –a mənimsədilməlidir. Yalnız qoşaistiqamətli siyahılarda bu fərqli ola bilər.


Bizi dəstəkləyənlər