Menu

Daxil olun Qeydiyyat

C++ Proqramlaşdırma Dili

2.4 Tam ədədlərin çapı

2.4 Tam ədədlərin çapı

cout ilə çap edə biləcəyimiz növbəti məlumat tipi tam ədədlərdir. Tam ədədlər dedikdə onluq hissəsi olmayan ədədlər nəzərdə tutulur, misal üÇün 3, 5, 17, v.s. Bu zaman ədədləri cütdırnaq və ya təkdırnaq arasına yazmağa ehtiyac yoxdur. Misal üçün ekranda 113 ədədini aşağıdakı kimi çap edə bilərik:

cout << 113 ;

Təbii ki bu nəticəni biz 113- ü sətir kimi çap etməklə də ala bilərdik:

cout << "113";

və ya 1 və 3 simvollarının köməyi ilə aşağıdakı kimi:

cout << '1' ;

cout << '1' ;

cout << '3' ;

Əgər çap edəcəyimiz sadəcə bir ədəddirsə bu zaman onun sətir kimi çap olunmaqdan özünüz də gördüyünüz kimi fərqi yoxdu. Amma riyazi ifadələri tərkibində sətir ilə ədəd kimi çap olunmanın fərqi var və biz bunu tezliklə yoxlayacayıq.


Bizi dəstəkləyənlər