Menu

Daxil olun Qeydiyyat

C++ Proqramlaşdırma Dili

2.7.2 Yeni sətir simvolu

2.7.2 Yeni sətir simvolu

Xüsusi simvollardan bəlkə də ən çox istifadə olunanı yeni sətir simvoludur. Yeni sətir simvolu arxaya bölmə simvolu \ ilə n simvolunun birləşməsindən ibarətdir:

\n

Bu simvolu çap etdikdə nə baş verir?

cout ilə iki müxtəlif sətri ardıcıl çap etsək, misal üçün aşağıdakı kimi, ekranda hansı nəticə alınar?

cout << "Bir bayt sekkiz bitdir" ; cout << "Bir kilobayt 1024 baytdir" ;

Əlbəttə biz gözləyirik ki, bu iki sətir alt-alta çap olunacaq, amma bu belə deyil. Səbəb isə odur ki, cout operatoru məlumatları ardıcıl çap edir. Yəni bu kodu icra eləsək aşağıdakı nəticəni alarıq:

Gördüyümüz kimi bu iki sətir alt-alta deyil ardıcıl, bir-birinə bitişik çap olundu. Bəs iki sətri alt-alta necə çap edə bilərik?.

Bu üçün yeni sətir simvolundan istifadə olunur. Yeni sətir simvolu cout operatoruna cari sətirdə çap etməni dayandırmağı, növbəti sətrə keçməyi və çapetməni növbəti sətirdən davam etdirməyi bildirir. Aşağıdakı kimi:

#include

using namespace std;

int main (){

cout<<" Bir bayt sekkiz bitdir ";

cout<<"\n" ;

cout<<"Bir kilobayt 1024 baytdir";

}

Bu zaman nəticə aşağıdakı kimi olar:

Əgər yeni sətir simvolun ardıcıl olaraq bir neçə dəfə çap eləsək onda həmin say qədər yeni sətrə keçid baş verər, yəni arada boş sətirlər buraxarıq, aşağıdakı kimi:

#include

using namespace std;

int main (){

cout<<" Bir bayt sekkiz bitdir ";

cout<<"\n" ;

cout<<"\n" ;

cout<<"\n" ;

cout<<"\n" ;

cout<<"Bir kilobayt 1024 baytdir";

}

Bu zaman nəticə aşağıdakı kimi olar:

Yeni sətir simvolunu cütdırnaq arasında da vermək olar:

#include

using namespace std;

int main (){

cout<<"Bir bayt \n sekkiz bitdir ";

}

Bu zaman nəticə aşağıdakı kimi olar:


Bizi dəstəkləyənlər