9.1.1 Funksiyaya aid nümunə
C++ dilində istənilən kodu funksiya şəklində tərtib edə bilərik. Baxacağımız ilk sadə nümunə funksiya iki ədədin cəmlənməsi üçün istifadə olunur.
int cem( int x, int y) {
int z;
z = x + y;
return z;
} C++ dilində bütün funksiyalar yuxarıda göstərdiyimiz nümunə funksiya ilə eyni qaydada tərtib olunur. Gəlin baxdığımız nümunə əsasında bu qaydalar ilə tanış olaq.
Hər bir funksiya elan sətrindən və kod hissəsindən ibarət olur. Baxdığımız funksiyanın elan sətir:
int cem( int x, int y)
, kod hissəsi isə
,font color="green">
{
int z;
z = x + y;
return z;
}
kimidir.
Elan sətri özü də 3 hissədən ibarət olur:
int cem ( int x, int y)
1) funksiyanın tipi
2) funksiyanın adı
3) funksiyanın parametrləri