Menu

Daxil olun Qeydiyyat

C++ Proqramlaşdırma Dili

9.1.4 Funksiya parametrləri

9.1.4 Funksiya parametrləri

Funksiyanın elanı sətri ilə tanış olarkən qeyd etdik ki,funksiyanın adından sonra mötərizə daxilində onun parametrləri qeyd olunur.

Funksiyanın parametrləri funksiya çağırılan zaman ona ötürülməli olan məlumatları bildirir. Parametrlər siyahısına hər-hansı dəyişəni yerləşdirmək üçün əvvəlcə onun tipini, daha sonra adını yazmalıyıq.

Misal üçün əgər funksiyaya int tipli x dəyişənini parametr kimi ötürmə istəyiriksə bu zaman mötərizə arasına yazmalıyıq: int x (int x) Bəs funksiyaya birdən çox sayda parametr ötürə bilərikmi? Bəli, hər bir parametrin tipini və adını qeyd etdikdən sonra vergül qoyub, növbəti parametri daxil edə bilərik. Misal üçün aşağıdakı enb adlı funksiya iki parametr qəbul edir: double tipli max və char tipli s parametrlərini: void enb (double max, char s) Əgər o int tipli r adlı 3-cü parametr də qəbul etsəydi onda elan aşağıdakı kimi olardı: void g (double max, char s, int r) Gördüyümüz kimi parametrlərin elanı dəyişənlərin elanına oxşasa da, dəyişənlərin elanından fərqli olaraq hərbir parametrin tipi mütləq ayrıca qeyd olunmalıdır. Hər bir parametr qeyd olunduqdan sonra (tipi və adı) vergül qoyub növbəti parametrə keçə bilərik. Səhv: Səhv: ( int x, y) ( int x; int y) Düzgün: ( int x, int y) Ola bilər ki funksiya heç bir parametr qəbul etməsin. Bu zaman funksiyanın adından sonra içi boş mötərizələr qoymaq lazımdır - (). Parametrlər yoxdu deyib mötərizələri də yazmamaq sintaksis səhv sayılır. Funksiyaların elanına aid bəzi çalışmalar həll edək. Misal üçün əgər funksiyaya int tipli x dəyişənini parametr kimi ötürmə istəyiriksə bu zaman mötərizə arasına yazmalıyıq: int x (int x) Bəs funksiyaya birdən çox sayda parametr ötürə bilərikmi? Bəli, hər bir parametrin tipini və adını qeyd etdikdən sonra vergül qoyub, növbəti parametri daxil edə bilərik. Misal üçün aşağıdakı enb adlı funksiya iki parametr qəbul edir: double tipli max və char tipli s parametrlərini: void enb (double max, char s) Əgər o int tipli r adlı 3-cü parametr də qəbul etsəydi onda elan aşağıdakı kimi olardı: void g (double max, char s, int r) Gördüyümüz kimi parametrlərin elanı dəyişənlərin elanına oxşasa da, dəyişənlərin elanından fərqli olaraq hərbir parametrin tipi mütləq ayrıca qeyd olunmalıdır. Hər bir parametr qeyd olunduqdan sonra (tipi və adı) vergül qoyub növbəti parametrə keçə bilərik. Səhv: Səhv: ( int x, y) ( int x; int y) Düzgün: ( int x, int y) Ola bilər ki funksiya heç bir parametr qəbul etməsin. Bu zaman funksiyanın adından sonra içi boş mötərizələr qoymaq lazımdır - (). Parametrlər yoxdu deyib mötərizələri də yazmamaq sintaksis səhv sayılır. Funksiyaların elanına aid bəzi çalışmalar həll edək.


Bizi dəstəkləyənlər