Menu

Daxil olun Qeydiyyat

C++ Proqramlaşdırma Dili

9.5 Funksiya parametrindən istifadə

9.5 Funksiya parametrindən istifadə

Funksiya parametrindən funksiya daxilində adi dəyişənlər kimi istifadə edə bilərik. Misal üçün test funksiyası daxilində x parametrinin qiymətini çap edə bilərik, aşağıdakı kimi:

cout << "x parametrinin qiymeti = " << x << "\n";

Tam kod bu şəkildə olar:

#include

using namespace std;

//test funksiyasi

int test(int x) {

cout << "Heey men icra olunuram ...\n";

cout << "x parametrinin qiymeti = " << x << "\n";

return 4;

}

//C++ dilinde sade proqram

int main() {

int y;

//test funksiyasi cagiraq

y = test(25);

cout << "y -in qiymeti = " << y;

}

Bu proqramı icra eləsək, aşağıdakı kimi nəticə alarıq:

Heey men icra olunuram ...

x parametrinin qiymeti = 25

x -in qiymeti = 4

Biz proqram daxilində test funksiyasın istənilən dəfə çağıra və ona tam tipdən olan bir ədəd istənilən məlumat ötürə bilərik, aşağıdakı kimi:

test(45);

test(67);

test(1);

Test funksiyası ona ona ötürülən məlumatı x parametrinin qiyməti olaraq qəbul edəcək və onun qiymətini çap edəcək. Yuxarıdakı sətirləri proqram kodunda nəzərə alsaq alaq:

#include

using namespace std;

//test funksiyasi

int test(int x) {

cout << "Heey men icra olunuram ... \n";

cout << "x parametrinin qiymeti = " << x << "\n\n";

return 4;

}

//C++ dilinde sade proqram

int main() {

test(45);

test(67);

test(1);

}

Bu proqramı icra eləsək, aşağıdakı kimi nəticə alarıq:

Heey men icra olunuram ...

x parametrinin qiymeti = 45

Heey men icra olunuram ...

x parametrinin qiymeti = 67

Heey men icra olunuram ...

x parametrinin qiymeti = 1


Bizi dəstəkləyənlər