Menu

Daxil olun Qeydiyyat

C++

C++ proqram nümunəsi

C++ proqram nümunəsi

C++ dilində hesablama proqramını yaradacağıq.Ilk öncə 4 funksiya yaradacağıq.Biri toplama,Biri çıxma, Biri vurma, Biri isə bölmə üçün.

void toplama(float x,float y){
	std::cout<<x+y;
}
void cixma(float x,float y){
	std::cout<<x-y;
}
void vurma(float x,float y){
	std::cout<<x*y;
}
void bolme(float x,float y){
	std::cout<<x/y;
}

Goründüyü kimi funskiyalar çox sadədir.İndi isə main hissəsinə keçək.Ilk öncə üç ədəd dəyişən yaradırıq.Bu dəyişənlərdən ikisi float tipindən olacaq ve istifadəçi tərəfindən girilən ədədləri tutacaq. 3-cü dəyişən isə daxil olunan əməliyyatı tutacaq.Beləki əməliyyat dəyişəni 1 olsa toplama,2 olsa çıxma,3 olsa vurma, 4 olsa bölmə funksiyası işə salınacaq.

int main(){
	start:
	float eded1,eded2;
	int emeliyyat;
	std::cout<<"1-ci eded:";
	std::cin>>eded1;
	std::cout<<"2-ci eded:";
	std::cin>>eded2;
	std::cout<<"Emeliyyat:(Toplama-1,Cixma-2,Vurma-3,Bolme-4)";
	std::cin>>emeliyyat;
	switch(emeliyyat){
		case 1:{
		std::cout<<"Netice:"; toplama(eded1,eded2);
		 break;
	}
		case 2: {
		std::cout<<"Netice:"; cixma(eded1,eded2);
		break;
	}
		case 3: {
			
		std::cout<<"Netice:"; vurma(eded1,eded2);
		break;
	}
		case 4:{
		std::cout<<"Netice:"; bolme(eded1,eded2);
		break;
	}
default:{

     system("CLS");
		std::cout<<"Emeliyyat sehvdir.Xahis olunur duzgun daxil edin\n";
                             goto start;
            }
               getch();
	}

Istifadəçi əməliyyat bölməsinə 1,2,3 və 4-dən başqa bir simvol daxil etsə proqram istifadəçiyə səhv etdiyi barədə məlumat verəcək və istifadəçinin yenidən ədədlər daxil etməsi üçün goto funksiyasi vasitəsilə proqramın əvvəlinə qayıdacaq.Sonda isə proqrama getch() funksiyasını əlavə edirik.Bu funksiya vasitəsilə proqram bağlanmaq üçün istifadəçinin bir düyməyə basmasını gözləyəcək.Bu funksiyanı daxil etməsək, istifadəçi nəticəni görməmiş proqram bağlanacaq.Kompilyatorda yoxlayanda getch() daxil etməsək belə biz nəticeni görə biləcəyik.Ancaq daxil etməsək sərbəst proqram kimi işlədəndə nəticəni görə bilməyəcəyik.Işlətdiyimiz funksiyalara görə kitabxanaları da əlavə etməliyik.std::cout funksiyası üçün <iostream>,getch() üçün isə <conio.h> əlavə etməliyik.Proqrama bəzək qatmaq üçün isə yuxarıya system("color 5a"); əlavə edək ve ekranı bənövşəyi rəngdə edək.Ümumi kodumuz belə olacaq.

#include <iostream>
#include <conio.h>
void toplama(float x,float y){
	std::cout<<x+y;
}
void cixma(float x,float y){
	std::cout<<x-y;
}
void vurma(float x,float y){
	std::cout<<x*y;
}
void bolme(float x,float y){
	std::cout<<x/y;
}

int main(){
	system("color 5a");
	start:
	float eded1,eded2;
	int emeliyyat;
	std::cout<<"1-ci eded:";
	std::cin>>eded1;
	std::cout<<"2-ci eded:";
	std::cin>>eded2;
	std::cout<<"Emeliyyat:(Toplama-1,Cixma-2,Vurma-3,Bolme-4)";
	std::cin>>emeliyyat;
	switch(emeliyyat){
		case 1:{
		std::cout<<"Netice:"; toplama(eded1,eded2);
		 break;
	}
		case 2: {
		std::cout<<"Netice:"; cixma(eded1,eded2);
		break;
	}
		case 3: {
			
		std::cout<<"Netice:"; vurma(eded1,eded2);
		break;
	}
		case 4:{
		std::cout<<"Netice:"; bolme(eded1,eded2);
		break;
	}
default:{

     system("CLS");
		std::cout<<"Emeliyyat sehvdir.Xahis olunur duzgun daxil edin\n";
                goto start;
            }
	}
	getch();
}


Bizi dəstəkləyənlər