Menu

Daxil olun Qeydiyyat

C++

goto funksiyası

goto funksiyası

C++ dilində proqramın bir yerindən digər yerinə getmək üçün goto funksiyasından istifadə olunur.Funksiya heç bir kitabxana tələb etmir.Funksiyanı istifadə etmək üçün ilk öncə getmək istədiyimiz yerə etiket qoyuruq.Sonra isə goto vasitəsilə həmin yerə gedirik.Nümunə:

#include <iostream>
int main(){
	start:
	std::cout<<"Ilkaddimlar/C++\n;”
	goto start;
}

Bu proqram nəticəsində ekrana sonsuz sayda “Ilkaddimlar/C++” sözü yazılacaq.Ilk öncə 3-cü sətirə etiket yerləşdiririk.Etiketimiz start sözüdür.Bu bizim 3-cü sətirə getmək istədiyimizi bildirir.Sonra isə 5-ci sətirdə goto start yazırıq və yenidən 3-cü sətirə gedirik.Yenidən ekrana “Ilkaddimlar/C++” yazilir.Sonsuz olaraq bu proses davam edir.goto funksiyasini müəyyən şərt daxilində işlətmək daha məqsədə uyğundur. Məsələn:

#include <iostream>
int main(){	
int a;
start:
std::cout<<"Ilkaddimlar/C++";
std::cin>>a;
if(a==1){
	goto start;
}
}

Burada ekrana “Ilkaddimlar/C++” çap olnur.Istifadəçidən bir simvol daxil etməsi tələb olunur.Bu ədəd 1 olarsa proqram 4-cü sətirə qayıdacaq ve əməliyyatları bir daha yerinə yetirəcək.Daxil olan istifadəçi 1-dən fərqli simvol daxil edənə qədər bu proses davam edəcək.


Bizi dəstəkləyənlər