Menu

Daxil olun Qeydiyyat

C++

Rand funksiyası

Rand funksiyası

C++ dilində təsadüfi seçimlər etmək üçün rand funksiyasindan istifadə olunur. Bu funksiya <stdlib.h> kitabxanasına daxildir.Istifadə qaydası aşağıdakı kimidir:

Rand()%ədəd;

Belə yazdıqda 0-la ədəd arasında bir ədəd təsadüfi olaraq seçilir. Bu aralığa 0 daxildir,ancaq ədəd daxil deyil. Nümunə:

#include <iostream>
#include <stdlib.h>
int main(){
std::cout<<rand()%10;
}

Burada 0-la 10 arası bir ədəd ekrana çıxacaq.Yuxarıda da qeyd olunduğu kimi,bu aralığa 0 daxildir ancaq 10 daxil deyil.Yəni nəticədə ekrana 10 çıxa bilməz. Biz bu aralığı dəyişə bilərik. Məsələn 0-50 arası edə bilərik.

#include <iostream>
#include <stdlib.h>
int main(){
std::cout<<rand()%50;
}

Burada ekrana 0-50 arası bir ədəd çıxacaq.Biz aralığın 50 ile 100 arası olmağını istəyiriksə onda belə yaza bilərik:

#include <iostream>
#include <stdlib.h>
int main(){
std::cout<<rand()%50+50;
}

Burada ekrana 50 ilə 100 arası bir ədəd çıxacaq.Bu aralığa da 50 daxildir,ancaq 100 daxil deyil.Bu proqramı kompilyatordan çıxmadan ardıcıl yoxladıqda eyni nəticələrin alındığını görəcəksiniz. Fərqli nəticələrin alınması üçün proqrama srand(time(NULL)) sətrini əlavə etmək lazımdır.Bu sətri əlavə etmək üçün isə <time.h> kitabxanasi əlavə olunmalıdır. Nümunə:

#include <iostream>
#include <stdlib.h>
#include <time.h>
int main(){
srand(time(NULL));
std::cout<<rand()%10;
}

Burada fərqli nəticələrin alındığını görəcəksiniz. Eyni nəticələrdə əlbəttəki alınacaq, ancaq təsadüfən.


Bizi dəstəkləyənlər