Menu

Daxil olun Qeydiyyat

C++

Yazı funksiyaları

Yazı funksiyaları

C++ dilində yazı funksiyaları mövcuddur.Bu funksiyalar vasitəsilə yazılarda dəyişikliklər aparmaq mümkündür.Bu funksiyalardan bir neçəsi:

1)Replace-Bu funksiya vasitəsilə yazının istədiyimiz simvolunu basqa simvolla əvəz edə bilərik.Nümunə:

#include <iostream>
int main(){
	std::string a;
	a="Ilkaddimlar.com-Elektron tedris portali";
              a.replace(3,5,"0");;
	std::cout<< a;
}

Burada ilk əvvəl yazı tipindən a dəyişənini elan edirik.Sonra isə a-ya "Ilkaddimlar.com-Elektron tedris portali" qeyd edirik.Sonra replace funksiyasını işlədirik.Birinci qiymət onu göstərirki dəyişmə 4-cü simvoldan başlayacaq.Çünki proqramlaşdırmada 1-ci simvolun nömrəsi 0 olaraq qeyd edilir.Buna görə də biz 3 yazdıqda proqram 4-cü simvol olaraq başa düşür.Ikinci qiymət isə 3-dən başlayaraq 5 simvolun dəyişəcəyini bildirir.3-cü olaraq isə simvolların hansı simvolla əvəz olunmasın istəyiriksə, həmin simvolu yazırıq.Bu proqramın nəticəsində a dəyişənindəki cümlədə “addim” sözu “0”-la əvəz olunacaq.

2)Substr-Bu funksiya yazinin müəyyən hissəsinin oxunması üçündur.Nümunə:

#include <iostream>
int main(){
	std::string a;
	a="Ilkaddimlar.com-Elektron tedris portali";
       std::cout<<a.substr(3,5);;
}

Burada ilk əvvəl yazı tipindən a dəyişənini elan edirik.Sonra isə a-ya "Ilkaddimlar.com-Elektron tedris portali" qeyd edirik.Sonra isə substr funksiyasını işlədirik.1-ci qiymət neçənci simvoldan başlayacağını bildirir.Ikinci qiymət isə 4-dən başlayaraq neçəsin oxumağın bildirir.Bu proqramın nəticəsinde ekrana “addim” sözü çıxacaq.

3)Erase-Bu funksiya yazının bir hissəsin silmək üçündür.Nümunə:

#include <iostream>
int main(){
	std::string a;
	a="Ilkaddimlar.com-Elektron tedris portali";
	a.erase(3,5);
	std::cout<<a;
}

Burada ilk əvvəl yazı tipindən a dəyişənini elan edirik.Sonra isə a-ya "Ilkaddimlar.com-Elektron tedris portali" qeyd edirik.Ilk qiymət neçənci simvoldan başlayaraq silməyin bildirir.Ikinci qiymət isə neçə simvolun siləcəyini göstərir.Bu proqramin nəticəsində a dəyişənindən “addim” sözü silinəcək və yazının digər hissəsi ekrana çıxacaq.

4)Clear-Bu funksiya yazını tamamilə silmək üçündur. Nümunə:

#include <iostream>
int main(){
	std::string a;
	a="Ilkaddimlar.com-Elektron tedris portali";
	a.clear();
	std::cout<<a;
}

Burada ilk əvvəl yazı tipindən a dəyişənini elan edirik.Sonra isə a-ya "Ilkaddimlar.com-Elektron tedris portali" qeyd edirik.Sonra a.clear() yazaraq a dəyişənində olanları tamamilə silirik.Beləliklə də ekrana heçnə çıxmır.

5)Compare-Iki yazının bərabər oldugunu yoxlamaq üçündür.Nümunə:

#include <iostream>
int main ()
{
std::string a,b;
a="Ilkaddimlar/";
b="C++";
if(a.compare(b)==0){ 
	std::cout<<"Beraberdir";
}
else{
	std::cout<<"Beraber deyil";
}	
}

Yazılar bərabərdirsə 0, bərabər deyilsə 1 qaytarır.

6)Insert-Yazının istənilən yerinə başqa bir yazı əlavə etmək üçündür.Nümunə:

#include <iostream>
int main ()
{
	std::string a,b;
	a="Ilkaddimlar/";
	b="C++";
	a.insert(12,b);
	std::cout<<a;
}

Burada a dəyişəninə 12-ci simvoldan sonra “C++” sozün əlavə edir.

7)Append-Bir yazının sonuna başqa yazını əlavə etmək üçündür. Nümunə:

#include <iostream>
int main ()
{
	std::string a,b;
	a="Salamlar";
	b=" Welcome";
	a.append(b);
	std::cout<<a;
}

Burada a dəyişəninin sonuna b dəyişəni əlavə olunur.Əslində bu funksiyaların başqa cür istifadəsidə var.Ancaq digər yazı funksiyaları ilə həmin şeyləri etmək mümkündür.Buna görə də başqa cür istifadələrə toxunmuruq.


Bizi dəstəkləyənlər