Sənədə baxış rejimi, səhifənin parametrləri və çapı
Sənədi çap etməzdən əvvəl həmin sənədi Sənədə çapdan əvvəl baxış (Print Preview) rejiminin köməyi ilə gözdən keçirmək tövsiyyə olunur. Sənədə çapdan əvvəl baxış (Print Preview) düyməsini basın və sənədinizin necə görünəcəyinə baxın. Bağlamaq (Close) düyməsini basmaqla işçi sahəsinə geri qayıtmaq olar.
İşçi vərəqin görünüşünə fikir verin. Qırıq xətlə vərəqin sərhəddi göstərilmişdir. Bu əməliyyat yalnız müvafiq sahənin aktivləşdirilməsi zamanı baş verir. Bunun üçün Xidmət(Tools)menyusunu seçin və açılmış menyu pəncərəsində Parametrlər (Options) əmrini seçin. Yaranmış Parametrlər (Options) dialoq pəncərəsinin Görünüş (View) səhifəsində Səhifələrin bölgüsü (Page breaks) sahəsinin aktivləşdirin. Belə ki, yalnız bundan sonra işçi vərəqində qırıq xətlər yaranır. Vərəqin ölçüsü müvafiq sazlamalarla yerinə yetirilir., məsələn sahənin seçilməsi, vərəqin ölçüsü və s.
Fayl menyusundan Çap (Print) əmrini seçin. Açılmış dialoq pəncərəsində Səhifələri (Pages) qeyd edin və 1-5 diapazonunu göstərin. Surətlərin sayı (Number of copies) sahəsində 2 daxil edin. Xüsusiyyətlər (Poperties) düyməsini basmaqla A4 farmatlı vərəq seçin. Beləliklə OK-i basdıqdan sonra 1-dən 5-ə qədər vərəqlər 2 nüsxədə çap ediləcək.
Səhifənin parametrləri ilə işləmək üçün Fayl "File" menyusunda Səhifənin parametrləri (Page setup) əmrini seçin. Yaranmış dialoq pəncərəsinin Səhifə (Page) səhifəsində Kitab (Portrait) istiqamətini qeyd edin və Vərəqin ölçüsü (Paper size) sahəsində A4 formatını seçin.
Növbəti Haşiyəyə (Margins) səhifəsinə keçin. Yuxarı sahə (Top) üçün 2 sm, Aşağı sahə (Bottom) üçün 2 sm, Sol sahə (Left) üçün 2,5 sm, Sağ sahə (Right) üçün 1 sm müəyyən edin.
Yuxarı və aşağı kalontitullar (Header/Footer) bölməsində Xüsusi kalontitul (Custom Header) düyməsini basın, gördüyünüz kimi, dialoq pəncərəsi yarandı. Burada kalontitul kimi istifadə ediləcək ifadələrin daxil edilməsi vacibdir.
Sol bölməni (Left selection) qeyd edin və klaviaturadan "Bakı ETM" sözlərini daxil edin, sonra alətlər lövhəsində soldan 2-ci düyməni basmaqla səhifənin nömrəsini daxil edin. Nəhayət sonuncu 3-cü sahədə, yəni Sağ bölmədə (Right selection) səhifələrin ümumi sayını göstərmək üçün 3-cü düyməni basın. Yerinə yetirilən əməliyyatların təsdiqi kimi OK-i basın.
Mausun göstəricisini Sənədə çapdan əvvəl baxış (Print Preview) düyməsinə yaxnlaşdırın və basın. Baxış (Print Preview) pəncərəsində siz quraşdırılmış kalontitulları görürsüz.