Ssenarilər dispeçeri
Mürəkkəb məsələlərlə iş zamanı Ssenarilər dispeçeri istifadə edilir. Burada dəyişənlər çoxluğunu daxil etmək vacibdir (32-ə qədər). "Exercises" faylını açın. Xidmət (Tools) menyusundan Ssenari (Scenarios) əmrini çağırın. Ssenarilər dispeçeri (Scenario Manager) dialoq pəncərəsində Əlavə et (Add) düyməsini basın və ssenarinin adını "database 1" yazın. Dəyişən xanalar (Changing Cells) sahəsində C5:C9 diapazonunu göstərin və Ok-basın. Bu sizin dəyişmək istədiyiniz xanalardır. Ssenarisinin qiymətləri (Scenario values) pəncərəsi yaranacaq. Belə ki, burada verilənlər bazasının 1-ci variantında göstərilənlərdən fərqli verilənləri daxil etmək lazımdır.Hələlik heç bir dəyişiklik etməyin və Əlavə et (Add) düyməsini basın. İkinci ssenarinin "database 2" yaradılması üçün OK-i basın. 4 əvəzinə 2 və 7-nin əvəzinə vahid daxil edin Əlavə et (Add) düyməsini basın.
Ssenarilər dispeçeri (Scenario Manager) pəncərəsinə qayıdaraq, siz təşkil edilmiş ssenarilərin adını görəcəksiz. "database 2" qeyd edin və Göstərmək (Show) klavişini basın. Beləliklə, cari verilənlər bazasının əvəzinə yeni verilənlər bazası yarandı.