Xanaların təmizlənməsi və ləğvi
Traninq. xls faylında B11:B14 xanalar diapazonunu qeyd edin. Mausun göstəricisin Düzəliş (Edit) menyusuna gətirin və bu menyudan Təmizləmə (Clear) əmrini seçin. Sonra Təmizləmə (Clear) altmenyusundan Formatları (Formats) seçin. Nəticədə qeyd edilmiş diapazona tətbiq edilmiş format silinəcək.
İndi isə şərh daxil edilmiş F11 xanasını qeyd edin. Bu şərhi silmək üçün xananın kontekst menyusundan Şərhin silinməsi (Delete Comment) əmrini seçin. Əgər siz Təmizləmə(Clear) altmenyusundan Şərh (Comment) əmrini seçsəniz həmin nəticəyə gələ bilərsiniz.
B10:B14 xanalar diapazonunu qeyd edin və Təmizləmə (Clear) altmenyusundan Xananın tərkibi (Contents) əmrini seçin. Gördüyünüz kimi xanaya daxil edilənlər pozuldu.