Menu

Daxil olun Qeydiyyat

Excel

Xanaya daxil edilmiş verilənlərin düzlənməsi

Xanaya daxil edilmiş verilənlərin düzlənməsi

Xanaya daxil edilənlər Formatlaşdırma alətlər lövhəsindəki düymələrin köməkliyi ilə düzlənə bilər. Mausun göstəricisini Format menyusuna gətirin və Xanalar (Cells) əmrini seçin. Düzlənmə (Aliginment) səhifəsində xanada mətn və rəqəmlərin mövqeyinə nəzarət edilir. Burada 7 üfüqi istiqamətdə və 4 şaquli istiqamətdə düzlənmə variantından hər hansı 1-ni seçmək olar. Xanaya Excel daxil edin, sonra Mərkəzə görə düzlənmə (Center Across Selection) variantından istifadə edin, üfüqi istiqamətdə. Mətnin istiqamətini 45 dərəcə istiqamətində dəyişin. Xanaların formatı (Format Cells) dialoq pəncərəsində OK düyməsini basmaqla əməliyyatı təsdiq edin. Diqqət edin, xanadakı söz mərkəzə görə düzlənib və 45 dərəcə bucaq altında göstərilib.

Xanada və ya xanalar diapazonunda verilənlərin düzlənməsindən sonra haşiyələnməni tətbiq etmək olar. Haşiyələnməsi vacib olan xananı qeyd edin, Format menyusunu açın və artıq bizə tanış olan Xanaların formatı (Format Cells) dialoq pəncərəsini ekrana çağırın. Haşiyələnmə (Border) səhifəsində xəttin stili kimi 2qat xətt seçin, Rəng (Color) sahəsində göy rəngi seçin. Sonra Haşiyə variantını seçin, məsələn Xarici (Outline) düyməsinin üzərində mausun düyməsini basın. Fikir verin, xana haşiyələndi.


Bizi dəstəkləyənlər