Menu

Daxil olun Qeydiyyat

GNU/LINUX sisteminin installyasiyası

GNU/LINUX sisteminin installyasiyası

GNU/LINUX sisteminin installyasiyası

GNU/LINUX sistemini aşağıdakı sadə addımları yerinə yetirməklə kompüterə installyasiya etmək olar.

1. Aşağıdakı linkdən GNU/LINUX sisteminin Ubuntu distribütivini yükləyin.
http://www.ubuntu.com/getubuntu/download

2. Yüklədiyiniz faylı Unzip edin.

3. Unzip nəticəsində yaranmış faylları boş CD-yə yazın (copy & paste, write files to disk).

4. CD-dən Umenu proqramını yükləyin.

5. "Демо и полная установка" düyməsini basın.

6. Növbəti açılan pəncərədə "Помощь в загрузке с CD" seçimini edib "Готово" düyməsinə basın.

7. Yeni pəncərədə "Далее >" düyməsini basın.

8. Daha sonra "Да, перезагрузить ПК сейчас" seçimini edib "Готово" düyməsini basın.

9. Yüklənməyə başlayan zaman 2 seçim imkanı olacaq.

10. "Ubuntu" seçimini edib Enter basırıq.

11. Bir az gözləyirik.

12. Açılmış pəncərədə "Установка" düyməsi üzərində 2 dəfə klik edin.

13. Dil seçimi pəncərəsi açılacaq, "English" dilini seçib, "Forward" düyməsini basın.

14. Xəritədə "Baku" seçib "Forward" düyməsini basın.

15. Növbəti pəncərədə Keyboard seçimi etməliyik. Proqramın öz seçimini (USA) olduğu kimi saxlayıb "Forward" düyməsini basırıq.

16. Növbəti seçim Hard diski Windows və Ubuntu arasında bölmək üçündür. Yenə proqramın bölgüsünü dəyişməyib "Forward" düyməsini basın.

17. Bizdən etdiyimiz seçimi təsdiqləməyimizi istəyən pəncərə açılacaq. "Continue" düyməsini basın.

18. Bir az gözləyirik və istifadəçi adı və parolu təyin etmək pəncərəsi açılır.

19. Öz istifadəçi adımızı və parolumuzu daxil edib "Forward" düyməsini basırıq. Daxil etdiyimiz İstifadəçi adı və parolu mütləq yadda saxlamaq lazımdır, yoxsa sistemə daxil olmaq mümkün olmaz.

20. Növbəti pəncərədə "Install" düyməsini basırıq.

Bir az gözləyirik...

21. "Restart now" düyməsini basırıq.

22. Komputer restart edir.

23. İnstallyasiya zamanı daxil etdiyimiz istifadəçi adı və parolu daxil edirik.


Bizi dəstəkləyənlər